Müsəlmanların bir çoxu Quranın yetərli olduğuna inanmır. Bunun mənası Allahın sözünə güvənməməkdir. Allah “Quran açıq və yetərlidir” deyir. Onlar; “xeyir yetərli deyil” deyirlər. Allah: “şirk qoşsanız həlak edərəm” deyir, onlar şirkdə israr edirlər. Belə olduqda İslam aləminin üzərindən fəlakətlər qalxmır.

(A9 TV; 16 oktyabr 2017)

Müasirliyi də, keyfiyyəti də, incəsənəti də, gözəlliyi də ən böyük ehtişamı ilə yaşayacağıq. İsa Məsih və Mehdi dövründə dünya cənnət kimi olacaq. Dünyanın hər tərəfində mehdiyyətdən danışılır. Allah bütün dünyanı mehdiyyətə hazırlayır. Anadoluda məscidə qədər hər yerdə mehdiyətdən danışılır.

(A9 TV; 16 oktyabr 2017)

Münafiqlərin mövcudluğu müsəlmanın dəyərini göstərər. Münafiqlərin müsəlmanların yanından ayrıldıqdan sonra yaşadığı çirkin həyat ilə müsəlmanların gecə-gündüz Allah üçün səy göstərməsi arasındakı fərq, müsəlmanların dəyərini göstərən əhəmiyyətli meyardır.

(A9 TV; 16 oktyabr 2017)

Münafiq, hamını aldatmağa alışmış saxtakar tacir düşüncəsinə malikdir. Həyatda tək müvəffəqiyyəti belə yoxdur. Lakin ədabazlıq və lovğalıqla hamıya ağıl verər. Müsəlmanların içində olarkən, cüzi ağlı ilə mənfəət təmin etməyə çalışar. Müsəlmanların yanından ayrılanda əxlaqsız insanlarla çirkin həyat yaşayar. Bu halı ilə də Quran oxuyan, insanlara yol göstərən kimi görünməyə çalışar. Onun ağılsızlığı və axmaqlığı ibrətamizdir.

(A9 TV; 16 oktyabr 2017)

İslama sadiq olan insan müsəlmanların yanında olar və İslamın yayılması üçün müsəlmanlarla birlikdə səy göstərər. Münafiq müsəlmanların yanından ayrılar, dindən tamamilə uzaqlaşar, lakin bir tərəfdən də kiçik beyni ilə müsəlmanlara ağıl verər. İnsan müsəlmanların etdiyini səhv hesab edirsə; “elə deyil doğrusu budur” deyərək çox güclü təbliğat aparar, darvinizmin əsassızlığını bütün dünyada bildirər, dinsizliyə qarşı elmi mübarizə aparar, kitablar çap etdirər, payladar. Lakin münafiq həm İslam lehinə heç nə etməz, həm də dini tamamilə tərk edər, namaz qılmaz, içki içər əxlaqsız insanlarla birlikdə olar. Müsəlmanların əleyhinə fəaliyyətlər göstərər. Bu halına baxmayaraq da, müsəlmanları öz aləmində tənqid edib ağıl verər.

(A9 TV; 16 oktyabr 2017)

Allah qadının üzərində təzyiq edilməsinə icazə verməz, nə edəcəyini qadının öz vicdanına buraxmışdır. Qadın bir insanı xoşagəlməz hesab edirsə əl uzadıb görüşməz. Məqbul hesab edirsə əl uzadıb görüşər. Qadını, potensial cinayətkar ünsürü və ağlı zəif hesab edərək ona nəyisə zorla qəbul etdirmək, üzərində təzyiq yaratmaq düzgün deyil.

(A9 TV; 16 oktyabr 2017)

İnsan dünyada ən zəngin də olsa, hər şey məhduddur. Sarayda da yaşasa, bir otaqda oturar, min pəncərəsi olsa bir pəncərədən baxa bilər, min yeməyi olsa bir boşqab yemək yeyə bilər. Dünyada qibtə ediləcək cəhət yoxdur.

(A9 TV; 16 oktyabr 2017)

Mən etdim oldu deyərək, fürsətdən istifadə edərək hərəkət etmək doğru deyil. İran da, Türkiyə də Bərzaninin yaxşılığını istəyir. Parçalanmaq, bölünməyi və dağılmağı gətirər. Ən başından bəri Bərzanini xəbərdar edirik, bu təşəbbüsü təhlükəli nəticələrə səbəb olar, özünün də məhv olmasına səbəb olar deyə.

(A9 TV; 16 oktyabr 2017)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)