İslamın əsası mülayim olmaqdır. Mehriban, tolerant dindir. İnsanlara rahatlıq verir. İslamda zorakılıq yoxdur. İslam mərhəmət dinidir, sevgi və sülh dinidir. İslamda azadlıq vardır, həyat vardır, sevinc vardır. İslam ultra modern həyatın əsasıdır.
(A9 TV; 10 iyul 2018)
Uşaqlar Allahın ruhudur. Uşaqlara mütləq hörmət etmək lazımdır. Uşağı insan yerinə qoymadan uşaqla danışmaq hörmətə uyğun gəlməz.
(A9 TV; 10 iyul 2018)
Hulusi Akar paşamız bu vətənin övladı, igid, yaxşı niyyətli, təmiz insandır. Həmişə dəstəklədik, həmişə dəstəkləyəcəyik. Vəzifəsinə Allahın izni ilə ən gözəl şəkildə davam edəcək.
(A9 TV; 10 iyul 2018)
Millətimiz Süleyman Soylunu çox sevir. Həqiqi dəliqanlı, həqiqi vətənpərvərdir. Millət olaraq həmişə yanındayıq.
(A9 TV; 10 iyul 2018)
İman insana dərin zövq, dərin dinclik və dərin həzz verər. Güclü iman güclü sevgiyə səbəb olacağı üçün gözəllik qarşısında duyulan həyəcan da şiddətli olar.
(A9 TV; 10 iyul 2018)
Münafiqlərlə əlaqədar ayələrdən başqa kafirlərlə əlaqədar bütün ayələr də münafiqləri izah edər. Amma münafiqlərlə əlaqədar hər ayə kafirləri izah etməz.
(A9 TV; 9 iyul 2018)
Gəncləri rəqs etdikləri üçün cəzalandırmaq və bunu İslam adına etmək Qurana heç bir şəkildə uyğun deyil. İranın bu məcbur etmə anlayışı çox səhvdir. Bir gənc qızı rəqs etdiyi üçün həbs etmək, kriminal insanların arasına qoymaq heç vaxt qəbul ediləcək bir şey deyil.
(A9 TV; 9 iyul 2018)
Allah münafiqləri çox iyrənc yaradır. Şeytanı görə bilmirik amma münafiqlərdən şeytanın bütün kirini, iyrəncliyini və pisliyini görürük.
(A9 TV; 9 iyul 2018)
Prezidentlik sistemi vətənimizə, dövlətimizə, millətimizə xeyirli olsun. Tayyib hocam xeyir yolunda olduğu üçün, İttihadı İslam yolunda olduğu üçün inşaAllah kürəyi yerə gəlməyəcək. Allah ümməti Məhəmmədin başından əskik etməsin, Allah millətimizin başından əskik etməsin. Allah xeyir yolda yolunu həmişə açıq etsin. Hökumətimizə də Allah həmişə müvəffəqiyyət nəsib etsin.
(A9 TV; 9 iyul 2018)
Bütün kainatın məqsədi sevgidir, eşqdir. Allahın ən bəyəndiyi şey sevgidir. Cənnət, cəhənnəm, dünya, dünyadakı bütün detallar yalnız sevgi üçündür. Eşqin tam yaşanması üçün ağılı və vicdanı istifadə etmək əsas şərtdir. Ağıl istifadə edilmədikdə dünyanın da, cənnətin də mənası qalmaz. Dünya şahmat oyunu kimidir, bu şahmat oyununu gözəl bitirdiyimizdə eşqi həqiqi mənasıyla yaşayarıq. Cənnətdən zövq ala bilmək üçün mütləq dünyadakı bu təhsildən keçmək lazımdır. Mömin dünyada hər gün yeni bir şan, yeni bir şərəf qazanır, daha güclü dərinlik əldə edir.
(A9 TV; 8 iyul 2018)
1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır.



