Müsəlman ən çətin anlarda belə mətanətini qoruyar. Allah insanlara tab gətirə bilməyəcəyi yük yükləməz. Müsəlman nə ilə qarşılaşsa da, hamısına gülüb keçər.
(A9 TV; 15 oktyabr 2017)
Qarşılaşdığı hadisə nə qədər sarsıdıcı olsa da, müsəlman təvəkküllü olmalıdır. Peyğəmbərimiz (s.ə.v) dövründə müsəlmanlar hər tərəfdən mühasirəyə alınırdılar, çox təvəkküllü davranırdılar. Müsəlman hər zaman Allaha güvənməlidir.
(A9 TV; 15 oktyabr 2017)
Ehtirası yaşaya bilməyən qadın və kişi müəyyən mənada əzab içində yaşayar. Bu dünyada sevgi və ehtirası öyrənə bilməyən əbədiyyən əzab içində yaşayar. Buna görə də, dünyaya gələndə insanın ilk vəzifəsi Allahı ehtiraslı sevgi ilə sevməkdir.
(A9 TV; 15 oktyabr 2017)
Münafiqin də, küfr əhlinin də etdiyi hər hücum taledə müəyyən olunmuşdur. Sözbəsöz taleyində müəyyən edilmiş olanı etdiyini dərk edə bilməyəcək qədər axmaqdırlar. Taleyi anlamadığı üçün özünün etdiyini zənn edər və özünə sanki aşiqdir, özünü haşa ilah kimi görər.
(A9 TV; 15 oktyabr 2017)
Münafiq müsəlmanların yanından ayrıldıqdan sonra Qurandan, Peyğəmbərimiz (s.ə.v)-dən, səhabələrdən, vəli şəxslərdən nümunələr verməz. Ağılsızcasına öz aləmində əhəmiyyətli hesab etdiyi inkarçılardan nümunələr verər.
(A9 TV; 15 oktyabr 2017)
Münafiqdə saxtakar tacir düşüncəsi var, məsələləri öz mənfəəti əsasında bir yerə qədər düşünə bilər, lakin təfərrüat görə bilməz.
(A9 TV; 15 oktyabr 2017)
Münafiqin ağlı qorilla ağlı kimi primitivdir. Bananı verərsən alıb soyar, yeyər, lakin başqa şey düşünməz. Etdiyi bir şeyin nəyə səbəb olacağını dərk edə bilməyəcək qədər axmaqdır. Darvinizmlə elmi yolla mübarizə edilməzsə, Quran əxlaqı izah edilməzsə bütün müsəlmanların zərər çəkəcəyini anlaya bilməz. Təkcə özünə, murdar nəfsinə zərər gəlib-gəlməyəcəyini düşünər. İslama gələcək zərər onu maraqlandırmaz.
(A9 TV; 15 oktyabr 2017)
Münafiq küfr əhlinin yaltağı olar, müsəlmana şəfqət göstərməz. Küfr əhlinə qarşı acizdir, müsəlmana qarşı dikbaşlı və təkəbbürlüdür. Küfr əhlini tərifləyər, İslamı müsəlmanları heç vaxt tərifləməz, gözəl söz söyləməz.
(A9 TV; 15 oktyabr 2017)
Münafiq leşə toplanan kərkəs kimidir. Özünə mənfəət təmin edəcəyini düşündüyü yerə dərhal gedər.
(A9 TV; 15 oktyabr 2017)
Münafiq müsəlmanlardan mənfəət təmin edə bilməyəcəyini anladıqda ac çaqqallar kimi yeni mənfəət qapıları axtarar.
(A9 TV; 15 oktyabr 2017)





