Bəzi gənc qızlar evlənəcəkləri zaman o insanın əxlaqını deyil, qarşısındakı insanı necə istifadə edə biləcəyini nəzərə alırlar. Evi varmı, maşını varmı, ata-anasına baxarmı, yaxşı imkanlar təmin edərmi, alış-veriş edərmi, bunları ölçüb biçirlər. Bunları əllərindən qaçırdıqları zaman isə, “aşiqdim, itirdim, eşq əzabı çəkirəm” deyirlər. Halbuki bu eşq əzabı deyil, mənfəətləri itirməyin əzabıdır.

(A9 TV; 17 oktyabr 2017)

Allah eşqinə, Allah sevgisinə əsaslanmayan hər sevginin sonu fəlakətdir. Ya bir-birini əzmə, ya dava, ya da ayrılıq vardır. Allah sevgisi yoxdursa, hamısı acı nəticə ilə nəticələnər. Sevginin gözəlliyi Allaha aşiq olmağa bağlıdır. Sevgi Allahın verdiyi cənnət nemətidir. Allahı unudaraq sevgi olmaz. Sevginin sahibi Allahdır. Sevginin sahibinə bağlanmadan sevgi tapa bilməzsən.

(A9 TV; 17 oktyabr 2017)

Cənnətə keçid bir yuxudan başqa yuxuya keçid kimidir. Lakin dünyadan daha dəqiq, daha kəskin yuxudur. Cənnət dünyadan ən az yüz misli qədər geniş sahədir. Günəş, Ay və Yer birləşərək yeni sahə yaranacaqdır. Bu əhəmiyyətlidir: Cənnət sonradan yaranmayacaq. Hal-hazırda cənnət var. Möminlər hal-hazırda cənnətdədir. Çünki Allah dərgahında tək bir an var. Sonsuz əvvəl, sonsuz sonra o bircə anın içində yaşanıb bitmişdir.

(A9 TV; 17 oktyabr 2017)

Səmimiyyət müsəlmanın ən mühüm əlamətidir. Peyğəmbərimiz (s.ə.v)-i bir dəfə belə görənlər üzündən səmimiyyətini və dürüstlüyünü anlayır, ona dərhal tabe olurdular. Peyğəmbərlərin ən böyük dəlillərindən biri isə, Allahın insanların qəlbinə o şəxsin peyğəmbər olduğunu vəhy etməsidir.

(A9 TV; 17 oktyabr 2017)

Şəhidlərimizin məqamı hər müsəlmanın qibtə etdiyi məqamdır. Necə də gözəl, Allah üçün, İslam üçün, vətən üçün, dövlət üçün canlarını ortaya qoyublar və Allah onları ən gözəl şərəfə nail edib. Nə xoşbəxt şəhidlərimizə, nə xoşbəxt ailələrinə. Allah şəhidlərimizin ailələrinə gözəl səbir, uzun ömür, xeyir və bərəkət nəsib etsin.

(A9 TV; 17 oktyabr 2017)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)