Cinsi əlaqəni qorxunc göstərib əxlaq pozğunluğu kimi qavrayırlar. Bir qadağa yaradıblar. Halal olan cinsi əlaqə nemətdir. Allah zinanı haram buyurmuşdur. Qadının cəlbedici olması, kişinin yaraşıqlı olması günah deyil. Bu qadağa həm ənənəçi İslam anlayışında, həm də sol ideologiyalarda var. Sevgisiz, ruhsuz, soyuq, yaşama sevincini itirmiş nəsillər yetişməsinə səbəb olurlar. Allah belə dünya istəmir.

(A9 TV; 16 oktyabr 2017)

İslam aləminin və dünyanın yaşadığı problemlərə mehdiyyətdən başqa çıxış yolu yoxdur. Mehdiyyət müsəlman aləminin Quran İslamının parlaq, sülhsevər, müasir ruhu altında birləşməsidir. Bu birləşmə olmadan zorakılığı dayandırmaq, kasıblığı bitirmək, sülhü hakim etmək, qadınların azad yaşamasını təmin etmək mümkün olmaz.

(A9 TV; 16 oktyabr 2017)

Kərkükdə tam İngiltərə dərin dövlətinin planlaşdırdığı kimi hadisələr reallaşır. Sırf neft şirkətləri ora əl qoya bilsin deyə bölgədə münaqişə törədirlər. Kürd, türkmən, ərəb, olan həmişə dinc əhaliyə olur. İslam aləmi birlik olmadığı üçün müsəlmanları öz aləmlərində oyuncaq kimi görür, istədikləri kimi bölüb parçalayır, arasını vurur, savaşdırır, milyonlarla insanı şəhid edirlər. Müsəlmanlar birlik olsalar İngiltərə dərin dövləti heç bir oyun oynaya bilməz.

(A9 TV; 16 oktyabr 2017)

Uşaqları əzizləmək üçün gigiyenaya çox diqqət etmək lazımdır. Küçədən gəlib, pula toxunub, təmiz deyilkən uşağı əzizləmək vicdanlı davranış olmaz. Uşaqların orqanizmi çox həssas olur, bunu nəzərə almadan uşağı əzizləmək çirkin davranışdır.

(A9 TV; 16 oktyabr 2017)

Bir insanın xilas olması üçün çox səmimi olması kifayətdir. Allah bizim sadəcə səmimi olmağımızı istəyir. Səmimi olan qulu Allah mütləq doğruya çatdırar, çünki Allah mərhəmətlidir, sevəndir, şəfqətlidir. Bizim xilas olmağımızı istəyər. Biz sadəcə çox səmimi olmalıyıq.

(A9 TV; 16 oktyabr 2017)

Helin Palandökən bacımıza Allah qəni-qəni rəhmət eləsin. Belə hallarda mütləq polisi, məhkəmə orqanlarını vaxtında xəbərdar etmək, tədbir görmək lazımdır. Cəmiyyət də qoruyan və sahib çıxan olmalıdır. Bir gənc qıza hücum, təhdid, təcavüz olanda onu tək qoymaq çox böyük vicdansızlıqdır.

(A9 TV; 16 oktyabr 2017)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)