Münafiqlərin müsəlmanlara heç bir zərəri olmaz, öz murdarlıqları içində boğulub gedərlər. Münafiq, müsəlmanı zəif ağlı ilə tənqid edər, sonra özü şişmiş donuzun su üstündə dayanması kimi dənizə gedər. İslam üçün, müsəlmanlar üçün tək kəlmə faydalı xidmət verməz.
(A9 TV; 15 oktyabr 2017)
Münafiqin axmaq beyni təkcə öz mənfəətini düşünər. Müsəlmanları öz zəif ağlı ilə tənqid edər, lakin həll yolu göstərə bilməz. Hadisələri tək tərəfli gördüyü üçün təkcə öz mənfəətini xilas etməyi düşünər. Məsələn; “bu istidə mübarizə aparılmaz” deyər, lakin o dövrdə əzilən, zülm çəkən müsəlmanları xilas etməyi düşünməz.
(A9 TV; 15 oktyabr 2017)
Münafiq səthi düşünər təfərrüatları görə bilməz. Məsələn, bir avtomobil keçər münafiq təkcə avtomobili görər, mömin isə avtomobilin içindəkiləri də görən diqqətə, ağla və dərinliyə malikdir.
(A9 TV; 15 oktyabr 2017)
Ledün elmini cahil insanlar anlaya bilməzlər. İki cür ledün elmi var, birincisi həyata keçən forması var. Məsələn, xəstəliyə düçar olar. Zahirdə sənə zərər gəlmiş kimi görünər, batində cənnətə qovuşmağın üçün nemətdir. Bu ledün elmidir. İkinci ledün elmi isə vəhyə əsaslanır. Bu təkcə Xızıra, mələklərə, peyğəmbərlərə verilən elm formasıdır. Bu insanlara verilməz. Mehdinin özünü gizlətməsi də ledün elmidir.
(A9 TV; 15 oktyabr 2017)
Dünya yaradıldığı ilk gündən bəri təxminən 15 milyard ildir ki, atomlar heç dayanmadan fırlanaraq Allahı zikr edirlər.
(A9 TV; 15 oktyabr 2017)
Qurana təmiz olanlar toxuna bilər ayəsi dəstəmazsız Quran oxuna bilməz mənasına gəlmir. Bu ayədə bildirilən Peyğəmbərimiz (s.ə.v) dövründəki müşriklərin Qurana şeytanların qarışdığı iftirasını aradan qaldıran hökmdür. Allah bu ayə ilə Qurana təmiz olmayanların, yəni şeytanların toxuna bilməyəcəyini bildirmişdir.
(A9 TV; 15 oktyabr 2017)
Mehdi, hz. Süleymanın üzüyünü tapacaq. Mehdi dövründə Allah bütün müqəddəs əmanətləri ortaya çıxaracaq.
(A9 TV; 15 oktyabr 2017)
Boş, faydasız şeyə pul xərcləmək israfçılıqdır. Bol-bol alarsan və insanlara paylayarsan, o zaman israf olmaz bərəkət olar.
(A9 TV; 15 oktyabr 2017)
Allah dinə lağ edilməsini haram buyurmuşdur. Bəzi ənənəçi hocalar isə dini mövzularda zarafatlar edərək xalqı öz aləmlərində əyləndirməyə çalışırlar. Allah dinə lağ edildiyini eşitdiyiniz zaman o mühitdə olmayın deyə buyurur. Dini məsələlərdə zarafat olmaz.
(A9 TV; 15 oktyabr 2017)
Quranda müsəlmanların oturarkən və yan yatarkən Allahı zikr etdikləri bildirilir (Ali İmran surəsi, 191). Lakin insanları Qurandan və dindən uzaqlaşdırmaq üçün, yerə çöküb dizüstü oturmalısan deyirlər. Qadınlar aybaşı dövründə Qurana toxuna bilməz deyirlər. Quranı bizim anlamağımız mümkün deyil deyirlər. Bunların heç biri Quranda yoxdur. Allah Quranı öz dilinizdə oxuyun, Quran aydın və asandır deyir.
(A9 TV; 15 oktyabr 2017)





