İslama sadiq olan insan müsəlmanların yanında olar və İslamın yayılması üçün müsəlmanlarla birlikdə səy göstərər. Münafiq müsəlmanların yanından ayrılar, dindən tamamilə uzaqlaşar, lakin bir tərəfdən də kiçik beyni ilə müsəlmanlara ağıl verər. İnsan müsəlmanların etdiyini səhv hesab edirsə; “elə deyil doğrusu budur” deyərək çox güclü təbliğat aparar, darvinizmin əsassızlığını bütün dünyada bildirər, dinsizliyə qarşı elmi mübarizə aparar, kitablar çap etdirər, payladar. Lakin münafiq həm İslam lehinə heç nə etməz, həm də dini tamamilə tərk edər, namaz qılmaz, içki içər əxlaqsız insanlarla birlikdə olar. Müsəlmanların əleyhinə fəaliyyətlər göstərər. Bu halına baxmayaraq da, müsəlmanları öz aləmində tənqid edib ağıl verər.

(A9 TV; 16 oktyabr 2017)

Saytda axtarış
Müəllif haqqında

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (davamı…)