Müsəlman ateistə qarşı tərs yanaşmaz. Əvvəlcə şəfqətlə yanaşar və onun fikrinə hörmət etdiyini göstərər. Müsəlman hər fikrə, hər inanca hörmət etməklə məsuldur. Qarşısındakı insan Allahın taleyində yaratdığı düşüncə və inanca sahibdir. Müsəlman İslamdan bəhs edərkən əvvəlcə zəmanət verməlidir, yəni davakar olmadığını, məqbul olduğunu, sevgi insanı olduğunu, səmimi olduğunu və yaxşı niyyətlə həqiqətləri axtardığını vurğulamalıdır. Müsəlman əsas məqsədinin sevgi olduğunu, dünyaya sevginin hakim olmasını istədiyini desə qarşısındakı insan da məqbul qarşılıq verəcəkdir. İslama qarşı qəzəbli olan insanların çoxu əslində ənənəçi İslam anlayışına qarşıdır. Məsələn, rəcm (daşlama) Quranda yoxdur. Səhərdən-axşama qədər insanın daşlanması kimi zülm İslamda deyil, bütpərəst inancda olan azğınlıqdır. Peyğəmbərimiz (s.ə.v)-in bunu tətbiq etdiyini söyləmək Peyğəmbərimiz (s.ə.v)-ə çirkin böhtandır.

(A9 TV; 20 oktyabr 2017)

Ateizmin qar uçqunu kimi sürətlə yayılmasının səbəblərindən biri ənənəçi ortodoks İslam anlayışı idi. İnsanlara; “baxın bu dində rəsm yoxdur, musiqi yoxdur, elm yoxdur, heykəl yoxdur, gözəl evdə yaşamaq yoxdur, təmizlik yoxdur. Üstəlik hər nöqtəsində zorakılıq var. Saqqalını kəsəni, namaz qılmayanı, içki içəni öldürürlər. Bu dini qəbul edərsinizmi?” deyirdilər və insanlar İslamdan qaçırdılar. Biz İslamın belə olmadığını, Quran müsəlmanlığının olduqca sərbəst, keyfiyyətli və gözəl olduğunu həyatımızla ortaya qoyduq.

(A9 TV; 19 oktyabr 2017)

Ənənəçi İslam anlayışı, İslamı çökdürmək üçün şeytanın ortaya qoyduğu modeldir. Əfqanıistan, İraq, Liviya, Suriya bir-birinin ardınca bu sistem ucbatından parçalandı. Quran İslamın nurunu və aydınlığını izah edərək şeytanın bu oyununu puç etdik. Bütün dünya Quran İslamının nə qədər həyat dolu, aydın, keyfiyyətli və gözəl olduğunu gördü.

(A9 TV; 19 oktyabr 2017)

Hörmətli Devlet Bahçeli və MHP-nin Tayyib hocama dəstək olmaları çox doğru siyasətdir. Tayyib hocamı dəstəkləmək partiyalardan kənar milli məsələdir. İngiltərə dərin dövlətinin azğın hücumlarına qarşı milli liderin ətrafından birləşmək çox əhəmiyyətlidir.

(A9 TV; 19 oktyabr 2017)

Allaha iman gətirmək vicdandakı xüsusi duyğudur. İman o insanın vicdanında şifrələnmişdir. Bu insan Allah ilə əlaqədə olmasının lazım olduğunu bilər və Quranı dərhal tapar. Qurana baxdığı zaman, Qurandakı doğruluq, dürüstlük və həyatı tam izah etməsi dərhal görünər.

(A9 TV; 19 oktyabr 2017)

Qız dostlarımın hamısı universitet məzunudur, ən azı iki dil bilirlər. Paleontologiya, tarix, biologiya, fəlsəfə kimi çoxsaylı mövzuda çox biliklidirlər. Hamısı iş həyatında da çox müvəffəqiyyətlidirlər. Hamısından əhəmiyyətlisi çox təmiz, gözəl əxlaqlı, alicənab, təvazökar, nur kimidirlər. Onları əsas təsiredici edən bu gözəl əxlaqlarıdır.

(A9 TV; 19 oktyabr 2017)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)