İman gətirməyən biri qayıqla gəzdiyi zaman çox normal qarşılayırlar. Müsəlmanlar qayıqla gəzəndə “heç belə olarmı?” deyirlər. Müsəlmanların küncdə-bucaqda qalmasına, əzilməsinə alışıblar, keyfiyyətli yaşayan müsəlman gördükləri zaman şoka düşürlər. Dünyadakı bütün nemətlər və gözəlliklər möminlərin haqqıdır.

(A9 TV; 20 oktyabr 2017)

Sevgini yaradan Allahdır. Bir insan sevgini dərk edə bilmir, dinsizlik və imansızlıqda müqavimət göstərirsə, buna görə təşvişə qapılmaq olmaz. Bu varlıqlar möminin imtahanı üçün xüsusi yaradılmışdır. Necə ki, almaz nümayiş edilərkən qara məxmərdən istifadə edilib almazın daha yaxşı görünməsi təmin edilirsə, bu varlıqlar da möminlərin dəyərinin daha açıq görünməsi üçün mövcuddur. Dünya hər zaman möminlərə görə, möminlər üçün formalaşar.

(A9 TV; 20 oktyabr 2017)

Nə yaxşı ki, Allah var. Əlhamdulillah. Allahın ağlı, ədaləti, incəsənəti sonsuz gözəldir. Bacı-qardaşlarımız iman gətirməyənlərdən narahat olmasın. İmansızlar, möminlərin mənəvi pilləsidir. Onların sayəsində möminin dərinliyi artar və imanı güclənər.

(A9 TV; 20 oktyabr 2017)

Qadınlar mərhəmətin, şəfqətin, gözəlliyin, təmizliyin qalasıdır. Mənim üçün dünyadakı ən dəyərli varlıqdır. Mənə görə qadın müqəddəs və ucadır. İncəsənət əsəridir. Qadınları əzməyə yönələn hər düşüncənin və fəaliyyətin elmlə, irfanla həmişə qarşısında olacağıq.

(A9 TV; 20 oktyabr 2017)

Tramp hal-hazırda həqiqi mənada ABŞ-ı idarə etmir. Faktiki olaraq Obama dövründəki hökumət davam edir. İngiltərə dərin dövlətinin Amerika siyasəti üzərindəki təsiri açıqca görünür. Obama Ağ Evdən fiziki cəhətdən çıxdı, lakin rəhbərlikdən çəkilmədi.

(A9 TV; 20 oktyabr 2017)

Allahın yaratdığından başqa heç nə olmaz. Hər an taledə təqdir edilmişdir. “Bu insan mənə tərs davrandı” deyir və kədərlənir. Bu şirk olar. “Allah mənə səbir etməyim üçün göstərir” deyib hamısını yaradanın Allah olduğunu bilsən qazanarsan. İnsan şirkə düşməyəndə nəhəng mənəvi güc qazanar.

(A9 TV; 20 oktyabr 2017)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)