Müsəlman ateistə qarşı tərs yanaşmaz. Əvvəlcə şəfqətlə yanaşar və onun fikrinə hörmət etdiyini göstərər. Müsəlman hər fikrə, hər inanca hörmət etməklə məsuldur. Qarşısındakı insan Allahın taleyində yaratdığı düşüncə və inanca sahibdir. Müsəlman İslamdan bəhs edərkən əvvəlcə zəmanət verməlidir, yəni davakar olmadığını, məqbul olduğunu, sevgi insanı olduğunu, səmimi olduğunu və yaxşı niyyətlə həqiqətləri axtardığını vurğulamalıdır. Müsəlman əsas məqsədinin sevgi olduğunu, dünyaya sevginin hakim olmasını istədiyini desə qarşısındakı insan da məqbul qarşılıq verəcəkdir. İslama qarşı qəzəbli olan insanların çoxu əslində ənənəçi İslam anlayışına qarşıdır. Məsələn, rəcm (daşlama) Quranda yoxdur. Səhərdən-axşama qədər insanın daşlanması kimi zülm İslamda deyil, bütpərəst inancda olan azğınlıqdır. Peyğəmbərimiz (s.ə.v)-in bunu tətbiq etdiyini söyləmək Peyğəmbərimiz (s.ə.v)-ə çirkin böhtandır.

(A9 TV; 20 oktyabr 2017)

Saytda axtarış
Müəllif haqqında

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (davamı…)