Şərqdə çox gözəl əxlaq hakimiyyəti var. Kürdlərin dindarlığı, şərəfi, təvazökarlığı, dəliqanlılığı, fədakarlığı, sadəliyi çox mükəmməldir. Ənənə olaraq kamilləşmiş gözəl əxlaqları var. PKK bu gözəl əxlaqı və adəti korlamağa çox çalışdı, lakin bacara bilmədi. Peyğəmbərlər yurdunun mübarək insanlarının üzərinə Dəccalı saldılar. Biz də bu dəccaliyyəti elmlə, irfanla zərərsizləşdirəcəyik inşaAllah.

(A9 TV; 19 oktyabr 2017)

Xəstəlik, ağrı-acı, çətinlik, heç nə olmasın istəyirlər. O zaman cənnətdə zövq alacağın bir şey qalmaz. İmtahanın çətinliyi çox dəyərlidir. Dünya bu cəhəti ilə dəyərlidir. Bu imtahan cəhəti sayəsində insanın səbrini, təqvasını, ağlını, təmizliyini, nəzakətini və digər yüzlərlə xüsusiyyətini göstərə biləcəyi şərait var.

(A9 TV; 19 oktyabr 2017)

İmtahan asan olanda sevgi keyfiyyəti, iman dərinliyi, zövq alma gücü çox azalır. Dünyada insanlar rahat etmək istəyirlər, lakin axirətə getdikləri zaman imtahanın asan olmasını istədikləri üçün çox utanırlar. Bir insanın əziyyəti ona bəslənilən sevgini ağlasığmaz dərəcədə möhkəmləndirər və dərinləşdirər. Bu insanın aldığı zövqü, həyəcanı artırar. Ağıllı qiymətləndirmə aparıldıqda imtahanın güclü olmasının lazım olduğunu dərhal başa düşürük.

(A9 TV; 19 oktyabr 2017)

Cənnət mühitinə gəldikdə möminin ağlı həmişə Allahda olar. İlk istədiyi Allahı görməkdir. Orada artıq “haqqəl-yakin”, yəni şübhəsiz, ən yüksək, qəti iman yaranmışdır. Mömin üçün ölüm haqqəl-yakinə qovuşmaqdır, mömin üçün ölüm yuxudan oyanmaqdır. Mömin ölümün ölüm deyil, dirilmə olduğunu bilər.

(A9 TV; 19 oktyabr 2017)

Ağıllı, dürüst, vicdanlı yaşadıqsa öldüyümüz zaman bizi həyəcanla gözləyən izdihamla qarşılaşacağıq. O andan etibarən hər mərhələsi mömin üçün cənnətdir. Möminin ölümlə birlikdə keçdiyi hər mərhələ cənnətdir. Möminin narahat olduğu, qorxduğu, narahatçılıq yaşayacağı heç nə olmaz. Mömin ölüm anında heyrətamiz, çox güclü əmin-amanlıq duyğusu hiss edər. Bu, Allahın möminlərə nemət olaraq verdiyi sakitlikdir. Mömində ölümlə birlikdə çox kəskin və aydın fikir aydınlığı və hüzur yaranar. Mömin üçün axirətə keçdiyi andan etibarən hər dəqiqə cənnətdir. Möminin sorğusu da ucalığını, yaxşılığını, gözəlliyini ona vurğulamaq üçündür, mömini ən kiçik şəkildə belə narahat edən his olmaz.

(A9 TV; 19 oktyabr 2017)

Gənclər biri ilə tanış olduqları zaman o insanın zamanla düzələcəyini zənn edərək yanılırlar. Zaman bir şey həll etməz. 100 dəfə görüşərsən, insan 100-ündə də oyun oynayar. Səmimi suallarla qarşındakı insan dürüstdürmü, vəfalıdırmı, Allahdan qorxurmu, Allahın sənətini görə bilirmi, vicdanının səsinə qulaq asırmı, buna baxmaq lazımdır. Əgər insan eqoistdirsə, mərhəməti, şəfqəti bilmirsə o insana güvənmək mümkün olmaz.

(A9 TV; 19 oktyabr 2017)

Sadəcə, mənim ölkəm xilas olsun demək olmaz. İraq xilas olsun, Suriya xilas olsun, Fələstin xilas olsun deyərək təkcə öz ölkəsindən və ya bir ölkənin xilasından bəhs etmək müsəlmana yaraşmaz. Müsəlman bütün İslam aləminin, bütün dünyanın xilas olmasını istəməklə məsuldur.

(A9 TV; 19 oktyabr 2017)

Tayyib hocamın yerinə sintetik qəhrəmanlar hazırladıqlarını güman edənlər boşuna çalışırlar. Tayyib hocam Allahın icazəsi ilə daha çox uzun illər bu millətə ölkənin rəisi olaraq çox gözəl xidmətlər göstərəcək. Mehdiyyət dövründə də Tayyib hocam Allahın icazəsi ilə prezident olacaq, siyasətə davam edəcək.

(A9 TV; 19 oktyabr 2017)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)