Təkamül təsadüflər nəticəsində milyonlarla ağıllı hərəkətin meydana gəldiyini iddia edən məntiqsizlikdir. “Milyonlarla təsadüf uzun illər ərzində həmişə möhtəşəmə doğru irəliləyən bir struktur inşa edir. Təsadüf mərhələ-mərhələ skeleti, beyni milyonlarla il ərzində inşa edir, sonra da ortaya eşidən, qoxu bilən, hiss edən bir varlıq çıxır” deyirlər. Bütün bu ağlın zəncirvari olaraq təsadüflə yarandığını söyləmək tarixin ən bərbad məntiqsizliyidir. Kainatın hər təfərrüatında mükəmməllik var. Təsadüf mükəmməllik edə bilməz. Tək zülalın belə təsadüfən əmələ gəlməsi elmi cəhətdən qeyri-mümkündür.

(A9 TV; 20 oktyabr 2017)

İnsanların çoxu haram və halala əhəmiyyət vermir. O zaman israfı da mühüm məsələ kimi görmürlər. İsraf haramdır. Quran əxlaqı çox yaxşı öyrənilib yayıldığı zaman dünyada israf olmaz.

(A9 TV; 20 oktyabr 2017)

Zər aləmi hal-hazırda mövcuddur. İnsan hal-hazırda həm zər aləmində, həm cənnətdə, həm də dünyadadır. Bütün həyat tək bir an içində olub bitmişdir. Zər aləmində Allaha bütün insanlar söz verdi. İnsanlar zər aləmindən dünyaya göndərilir. Təkamüllə yaradılış deyə bir şey yoxdur.

(A9 TV; 20 oktyabr 2017)

İnsanların başına gələn ən böyük fəlakətlərdən biri sevgisizliyi öyrənmələridir. Bu sevgisizliyi necə əldə etdilər? İnsanlara; “siz bakteriyadan əmələ gələn bir növ heyvansınız, həşəratdan fərqiniz yoxdur” dedilər. O zaman insanlar niyə səbir edim, niyə nəcib olum, niyə mərhəmətli olum deyə düşünürlər. İnsan öldürməyi sanki həşərat öldürmək kimi görürlər. Bunun nəticəsində dəhşətli dünya mənzərəsi ortaya çıxır. Bizim darvinizmlə elmi mübarizəmiz bu bəlanı aradan tamamilə qaldıracaq inşaAllah.

(A9 TV; 20 oktyabr 2017)

Peyğəmbərlərin əziyyətləri və çətinliklərinin bizim bildiyimiz, bir də bizim heç bilmədiyimiz tərəfləri var. Quranda bu əziyyətlərdən sadəcə bəziləri bildirilir. Hz. Yusifin sadəcə quyuda və həbsxanadakı əziyyətlərini bilirik. Bəlkə də bu əziyyətlər həyatındakı ən asan əziyyətlərdir. Əsas imtahanını, necə çətinlik və əziyyətlərə səbir etdiyini, əsas axirətdə görəcəyik.

(A9 TV; 20 oktyabr 2017)

Mən varlı təbəqə deyilən təbəqə içində təbliğə ilk başladığım zaman bütün Türkiyə sanki şok olmuşdu. Bu təbəqə ilə dinin yanaşı gəlməsi belə düşünülə bilməzdi. Lüks məhəllələr, əyləncə məkanları müsəlmanların heç vaxt gedə bilməyəcəyi məkanlar idi. Müsəlman deyildikdə ağla baxımsızlıq, kənar məhəllələrdə oturanlar, ağıllı düşünə bilməyənlər, incəsənətdən anlamayanlar, geyinməyi bilməyən insanlar gəlirdi. Bu insanlara da bütün dünya xor baxırdı. Allahın icazəsi ilə biz bu imici darmadağın etdik. Müsəlmanların hər şeyin ən gözəlinə sahib olacağını dünyaya göstərdik.

(A9 TV; 20 oktyabr 2017)

Allah Quranda İslam əxlaqının hz. Süleyman dövründə olduğu kimi hakim olacağını bildirir. Hz. Süleyman dövrünün necə olduğuna baxdığımız zaman heyrətamiz zənginlik, ehtişam, gözəllik olduğunu görürük. İslamı təbliğ edəndə ehtişam və gözəllikdən istifadə edilməsinin təbliğat üsulu olduğunu görürük.

(A9 TV; 20 oktyabr 2017)

İbadət Allaha olan sevgimizi özümüzün görməsi, özümüzü sevməyimiz və vicdanən hüzurlu olmağımız üçün mövcuddur. Namaz qılmayan insan Allaha sevgisini tam olaraq göstərə bilmədiyi üçün həmişə vicdani narahatlıq içində yaşayar. Namaz qıldığı zaman isə duyduğu hüzurun səbəbi, Allaha olan sevgisini yaşaması və bu sevgiyə vicdanının şahid olmasıdır.

(A9 TV; 20 oktyabr 2017)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)