“Allahım mənə ən az günahla Sənə ən yaxın olaraq vəfat etməyi nəsib et” deyə dua etmək lazımdır.
(A9 TV; 18 oktyabr 2017)
Münafiq öz mənfəəti ilə zidd gələn vəziyyət olduqda və ya axmaq ağlına görə müsəlmanları dayandıra biləcəyini düşündüyü zaman Quran oxuyar və izah edər. Yoxsa İslamdan tamamilə uzaq dayanar.
(A9 TV; 18 oktyabr 2017)
Azərbaycanın müstəqillik günü mübarək olsun. Allah dövlətlərini Qiyamətə qədər daim etsin. Bacı-qardaşlarımıza həmişə xeyir və gözəllik versin. İki dövlət bir millət olaraq birləşməyimizi nəsib etsin. Allah xeyirdə, bərəkətdə, gözəllikdə, yaxşılıqda Türkiyə və Azərbaycanı ən irəli səviyyəyə aparsın.
(A9 TV; 18 oktyabr 2017)
İslamın endirilməsinin səbəbi mövhumatçılığı fikri olaraq aradan qaldırmaqdır. Peyğəmbərimiz (s.ə.v)-in vəfatının ardınca mövhumatçılığı İslama daxil etmək istədilər. Lakin mövhumatçılığa dinsizliklə qarşılıq verilməz, o zaman mövhumatçılıq daha da inkişaf edər. Mövhumatçılığa qarşı bütün Quran ayələri ilə elmi yolla mübarizə aparılar. Qurana əlavə və çıxarış etmədən tam izah edilsə mövhumatçılıq aradan qaldırılar.
(A9 TV; 18 oktyabr 2017)
İslama açıq-aşkar dəlillə xidmət edilər. Darvinizmin əsassızlığını izah edərsən, kitablar çap etdirərsən, konfranslar təşkil edərsən, internet saytları yaradarsan, Quran möcüzələrini izah edərsən, PKK-ya qarşı elmi mübarizə apararsan, o zaman sənin bu açıq xidmətin görülər. Münafiqlərin İslama heç bir xidməti olmadığı kimi, etdikləri tək şey qaranlıq guşələrdə murdarlıq içində yaşamaq, boş söhbətlər etməkdir.
(A9 TV; 18 oktyabr 2017)
Münafiq mənfəət əldə edə bilməyəcəyinə tam qənaət gətirdikdə müsəlmanların yanından ayrılar. 15 il müsəlmanların baxdığı, yedirdiyi, içirtdiyi, xəstə olanda xəstəxanaya apardığı insan, 15 il ona əvəzsiz yaxşılıq edənlərin əleyhinə gizlin-gizlin fəaliyyətlər göstərir və tələ qurursa, bunun necə alçaqlıq olduğunu hər kəs bilər.
(A9 TV; 18 oktyabr 2017)
Allah insanı ən gözəl surətdə yaratdığını bildirir. Qadını yarım varlıq olaraq görənlər, qadının cəhənnəm əhlindən olduğunu deyənlər Qurana uyğun davranmırlar.
(A9 TV; 18 oktyabr 2017)
Beynin içindəki təsvirlə təmasda olmağımıza baxmayaraq, dünyanın bu qədər real olması Allahın sənətidir. “Avtomobil haradadır” deyirik “qarşıdadır” deyir. Halbuki beyninin içindəki avtomobili görür. “Masaya toxundum” deyir, “masa haradadır” deyirik, “barmağımın ucundadır” deyir. Halbuki təkcə beynindəki elektriki toxunma kimi qəbul edir.
(A9 TV; 18 oktyabr 2017)
“Nifrət insanları”nın sevdiyi heç kim olmur. Ərəbdən, kürddən, ələvidən, hamıdan nifrət edirlər. Niyə nifrət etdiklərini də bilmirlər. Bu nifrət müəyyən mənada ruhi xəstəlikdir.
(A9 TV; 18 oktyabr 2017)
Allahdan ən çox, Allahın qəlbimizə dərin iman həkk etdirməsini və Onu sevməyi istəməliyik. Allaha dərin imanla, səmimi imanla bağlandığımız zaman hər şey çox gözəl olar.
(A9 TV; 18 oktyabr 2017)





