Azərbaycan bizim canımızdır. Azərilər çox alicənab, nəzakətli, təvazökar insandırlar. Azərbaycan rəhbərliyinin müasirlik anlayışı da çox gözəldir. Azərbaycanın hər zaman yanındayıq, Allah köməkləri olsun.

(A9 TV; 31 oktyabr 2017)

Dinin çətin olmasının lazım olduğu müşrik inancıdır. Allah insanlardan çətinliyə düşmələrini istəmir. İslam dini asandır. Allah, İslam dini İbrahimin dini kimi asandır deyə bildirir. Allah qullarının çətinlik yaşamasını, əzab çəkməsini istəməz.

(A9 TV; 31 oktyabr 2017)

Xarici aləmdə rəng və işıq yoxdur. Sadəcə insan rəngi qəbul edir. Rəngi, işığı, səsi, toxunmanı dərk edən varlıq insandır. Bu varlığın dünyaya məqsədsiz göndərildiyini və öləndə də hər şeyin bitəcəyini iddia etmək məntiqdən kənardır. Bu qədər təfərrüat yox olması üçün məqsədsiz şəkildə yaranmamışdır. Dünyada bu qədər çox təfərrüat və mükəmməllik olduğuna görə bu təfərrüatları yaradan Qüvvə olan Allahın insanlardan istədikləri var. Allah istədiyini dinlərlə bildirər. Dinin izahatına baxdığımız zaman buraya təhsil üçün gəldiyimizi görürük.

(A9 TV; 31 oktyabr 2017)

Münafiq çox şəxsiyyətsizdir. Mənfəəti haradadırsa orada olar. Müsəlmanları öz aləmində gücsüz hesab edərsə, küfr əhli ilə əməkdaşlıq edib müsəlmanları dağıda biləcəyini zənn edər. Gücü həmişə küfr əhlində axtarar. Gücün tək sahibinin Allah olduğunu anlamazlar.

(A9 TV; 31 oktyabr 2017)

Bizim mərhəmət, sevgi, dostluq anlayışımız Qurana əsaslandığı və bu məsələdə qətiyyətli olduğumuz üçün insanların İslama qarşı rekasiyalarına sədd olur. Bizim həyatımız İslamofobiyaya qarşı qəti cavabdır. İslamda incəsənət yoxdur deyirlər, portretlərimizi göstəririk. İslamda keyfiyyət yoxdur deyirlər, evlərimizi görürlər. İslamda sevinc yoxdur deyirlər, bizim verilişlərimizi görürlər. İslamda qadına təzyiq var deyirlər, bizim dostlarımızın azadlığını görürlər. Varlığımızla İslamofobiyaya sədd olan ən mühüm fikri qüvvə olduq.

(A9 TV; 31 oktyabr 2017)

Bizim elmi işlərimizin təsiri çox geniş olur. Ənənəçi ortodoks anlayışında bir çox təbəqə ilə əlaqə yaratmaları mümkün olmur. Allaha çox şükür, biz Rusiya, İran, İsrail, Çin kimi əksər müsəlmanın çata bilmədiyi ölkələrdə elmi iş aparırıq. Bizim siyasətlə əlaqəmiz yoxdur. İnsanlar da bunu açıq şəkildə görür. Yeganə məqsədimiz sevgidir və bizdən başqa dünyada yeganə məqsədi sevgi olan cəmiyyət yoxdur. Qurana əsaslanan İslamı izah etdiyimiz və səmimi olduğumuz üçün dünya miqyasında gənclər sevə-sevə İslama yaxınlaşdılar. Sevə-sevə İslamı yaşamaq istəməyə başladılar. İnsanların çoxu “bizə təsir etdi, qəbul edirik” demir, lakin gizlin-gizlin Quran müsəlmanlığı yayılır.

(A9 TV; 31 oktyabr 2017)

Hal-hazırda insan üçün mütəmadi axan fasiləsiz təsvir axını var. Bu axını təmin edən Qüvvə ölümdən sonra daha dəqiq və aydın şəkildə davam etdirir. Bu təsvir axınının daha kəskin və aydın olan halına axirət deyirik. Bacı-qardaşlarımız bu şəkildə düşündükləri zaman axirəti daha rahat anlayarlar.

(A9 TV; 31 oktyabr 2017)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)