Münafiqlərdə ağılsızlıq ən yüksək dərəcədədir. Bütün axmaqlıqlarına baxmayaraq, öz aləmlərində müsəlmanlara tələ qura biləcəklərini zənn edərlər. Hər dəfə öz başlarını bəlaya salarlar.

(A9 TV; 1 noyabr 2017)

Şeytan insanlara məntiqlə yanaşaraq vicdanı susdurmağa çalışar. Çox vaxt münafiqlər həm məntiqin oyununa düşər, həm də axmaq şərhlər verərlər. Möminlər vicdanlarına təslim olarlar, münafiqlər isə iradəsizdirlər və həmişə vicdana qarşı olarlar.

(A9 TV; 1 noyabr 2017)

Ayrılıqda fəlakət var, rəhmət deyil. Allah tək bir din endirmişdir. Bu din Quranda izah edilən İslam dinidir. Dörd ayrı məzhəbin dörd fərqli dini olmasının nə qədər anormal vəziyyət olduğunu görmələri lazımdır. Quran kafi deyil demələri bu deyənlər üçün çox acınacaqlı haldır. Allah Quranı hər şeyi izah edən olaraq endirmişdir. Allah hər şeyi izah etmişdir. Bilə-bilə Allahın sözünü qəbul etmirlər. Haşa Quran kafi deyil, biz tamamlayırıq deyirlər. Bu çox yanlış fikirdir.

(A9 TV; 1 noyabr 2017)

Allah Quranın açıq, aydın və kafi olduğunu bildirmişdir. Müşriklərin Quranı başa düşə bilməyəcəyini söyləmişdir. Quran anlaşılmazdır deyənlərin hansı vəziyyətə düşdüklərini yaxşı düşünmələri lazımdır. Qurandan narahat olmaq müşrik zehniyyətidir.

(A9 TV; 1 noyabr 2017)

Mömin Allahın ruhunu daşıdığı üçün özünü həmişə dəyərli, həmişə nəşəli, həmişə güclü hiss edər. Özü yoxdur. Allahın ruhu vardır. Bu, möhtəşəm şeydir. İnsanlar özlərini həyatlarının müəyyən dövrlərində dəyərli hiss edər. Mömin isə ömrünün hər anında özünün dəyərli olduğunu bilər.

(A9 TV; 1 noyabr 2017)

Bədiüzzaman Quranın zireh kimi ecazı özünü qoruyacaq deyir. Quranı və Quran müsəlmanlığını bir tərəfdən Quran anlaşılmazdır deyənlər, digər tərəfdən isə Quran kafidir deyənlərlə mühasirəyə almağa çalışıblar. Lakin Allahın icazəsi ilə bu mühasirəni elmlə, irfanla aradan qaldırırıq.

(A9 TV; 1 noyabr 2017)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)