Bir gənc qıza verilən ən dəyərli şey güvəndir. Onun şərəfinə, ləyaqətinə, iffətinə, fərəhinə, sevincinə, imanına dəstək olacağına dair zəmanət vermək əsasdır. Həqiqi sevgi, bu güvəndən sonra yaranar.

(A9 TV; 31 oktyabr 2017)

Quranda təbəqə ayrı-seçkiliyi yoxdur. Fəhlə, kəndli, komandir, çəkməsilən, prezident, nazir, əsgər, məmur, hamısı birlikdə namaz qılarlar. Hər kəs hər kəsin hamisidir. Hər kəs mövqeyi nə olsa da, bir-birini qorumaqla məsuldur. Heç kimin heç kimə maddi üstünlüyü yoxdur. Üstünlük təkcə təqva, yəni Allaha yaxınlıq və gözəl əxlaqladır.

(A9 TV; 31 oktyabr 2017)

Hər insan gecə yatdığı zaman müəyyən mənada ölümə yatar. Səhər oyandığı zaman çox aydın tərtəmiz dünyaya oyanar. Dünya həyatı və axirətə qalxmaq da buna bənzəyər. Bu həyatımız müəyyən mənada yuxudur. Bildiyimizdən daha fərqli yuxudur. Ölümlə bu yuxudan oyanıb daha da aydın, kəskin, parlaq təsvirlə qarşılaşacağıq.

(A9 TV; 31 oktyabr 2017)

Bakı-Tbilisi-Qars dəmiryol xətti çox gözəl təşəbbüs oldu. Allah Tayyib hocamdan, hörmətli Əliyevdən və hörmətli Kvirikaşvilidən razı olsun. Bunlar inşaAllah Türk İslam Birliyinin ilk addımlarıdır. Bərəkətli və xeyirli olsun.

(A9 TV; 31 oktyabr 2017)

Suriyalı canlarımızla bir çörəyi bölüşər yaşayarıq, lakin onlara qarşı mərhəmətsizlik etmərik. Mərhəmət etməyənə mərhəmət edilməz. Bacı-qardaşlarımız özlərini Suriyalıların yerinə qoysunlar, ondan sonra rəy yazsınlar. Özlərinə necə davranılmasını istəyirlərsə Suriyalı canlarımıza da elə davransınlar.

(A9 TV; 30 oktyabr 2017)

İffət qadına heyrətamiz cəzbedicilik qazandırar. Bir dəliqanlının gənc qızla dostluğunda ən çox diqqət yetirəcəyi şey onun iffətini, namusunu, imanını qorumaq olmalıdır. Qarşındakı insana Allahın təcəllisi olaraq baxdığın zaman şirk aradan qalxar.

(A9 TV; 30 oktyabr 2017)

Milyonlarla müsəlman şəhid edilir. Həmişə əzilir, zülmə məruz qalır. Qanın dayanmamasına, hər gün axmasına insanlar sanki alışmış vəziyyətdədirlər. Lakin bu çox dəhşətli haldır. İslam Birliyi olsa tək damla qan axmaz, tək bir müsəlman haqsızlığa məruz qalmaz. İslam Birliyi mütləq olacaq, lakin ziyalı, müasir, Quran müsəlmanlığının liderliyində olacaq.

(A9 TV; 30 oktyabr 2017)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)