Gənclər Tayyib hocama olan sevgilərini çox gözəl vurğulasınlar. Gözəl, keyfiyyətli şüarları, yaxşı nizamla coşğu ilə gündəmə gətirsinlər. Çox gur, dinamik, həyəcanlı AKP gəncləri yaradaq.
(A9 TV; 30 oktyabr 2017)
İmam Hatiplilər nur kimi insandırlar. Lağlağı, lovğa üslub işlədənlərə qardaşlarımız fikir verməsinlər. Bu cür sevgisiz insanların sevdiyi heç kim olmur və öz sevgisizlikləri içində boğulurlar. Qardaşlarımız bunlarla heç vaxt ünsiyyətdə olmasınlar.
(A9 TV; 30 oktyabr 2017)
İran və İsrail bir-birini təhdid etmək əvəzinə dost olsunlar. Bölgənin iki güclü ölkəsi dost olsa çox gözəl hadisələr olar. Heç bir mövzuya qatı yanaşmamaq lazımdır. Düşmənçilik deyil, dostluq axtarmaq lazımdır.
(A9 TV; 30 oktyabr 2017)
Hz. Mehdi dövründə Qurandakı himayədarlıq sistemi yaşanacağı üçün hər kəs bir-birinin dostu olacaq. Hər hansı şəhərdə bir evə gedən insan hər evdə o evdəkilərin qohumu kimi qarşılanacaq, lütf görəcək və qorunacaq.
(A9 TV; 30 oktyabr 2017)
Qurana tabe olmaq, Qurandakı izahatı diqqətlə izləmək və anlamaq Allaha yaxınlaşdıran ən gözəl yoldur. Səbirdə qətiyyətli olmaq da insanın mükəmməl yetişdirilməsini təmin edər.
(A9 TV; 30 oktyabr 2017)
Ənənəçi ortodoks sistem Türkiyədə fikri olaraq qəti şəkildə məğlub oldu. Quran müsəlmanlığı bir anda gözəl bitki kimi pöhrə verib hər yeri bürüdü.
(A9 TV; 30 oktyabr 2017)
Dürüst, səmimiyyətlə Allaha yaxınlaşana Allah hər cür bilgini verər. Allaha qarşı səmimi olana Allah mütləq haqq bilgiyə çatacağı yol yaradar.
(A9 TV; 30 oktyabr 2017)
Həm darvinist zehniyyət, həm də ənənəçi ortodoks anlayış qadını sanki heyvan kimi görür. Qadını yarım varlıq kimi görənlərin qadınlara hörmət etməsi mümkün olmaz.
(A9 TV; 30 oktyabr 2017)
Bərzanini tələyə çəkildiyinə dair dəfələrlə xəbərdar etdik. Hər cəhətdən məsələni açıqladıq, lakin yanlış qərarda israr etdi. Türk hökumətinin siyasəti düzgündür. Suriya, İraq, Türkiyə, İran birləşsin bölgədən PKK tamamilə silinsin. Bölgədəki bütün xalqlar çox rahat olarlar.
(A9 TV; 30 oktyabr 2017)
İmandan başqa yolla insanların sabit yaşaması qeyri-mümkündür. İman olmadan insan ağlını tamamilə itirər. Yaşayırmış kimi görünənlər isə heç vaxt düşünmədən yaşayan varlıqdırlar.
(A9 TV; 30 oktyabr 2017)





