Dəccal İslamı dəhşət, vəhşət, qan dini kimi göstərmək istəyir. Bunu göstərmək üçün istifadə edəcəyi ağılsız insanlar da tapır. Dəccaliyyətin bu oyununa elmlə, irfanla imkan verməyəcəyik. İslamın ziyalılıq, gözəllik, nəşə, sevinc, keyfiyyət, incəsənət olduğunu bütün dünyaya göstərəcəyik.

(A9 TV; 1 noyabr 2017)

Avropalılar gözəl insandırlar, onları Dəccalın əlinə tərk etməyək. Hamısına sahib çıxaq. Dəccaliyyət narkotik aludəsi, alkoqolik, homoseksual, yaşama həyəcanını itirmiş, hər şeydən sıxılan bir kütlə yaratmağa çalışır. Dəccaliyyətin bu oyununa qarşı Avropa və Amerikaya sahib çıxacağıq.

(A9 TV; 1 noyabr 2017)

Maddənin əsli məsələsində elm səmimi olmalıdır. Maddənin ruhun inancı olduğunu səmimi olaraq açıqlamaq lazımdır. Avtomobil 50 metr uzaqdadır deyir. Bəs nəyə görə? Beynin içindəki şərhə görə. Xarici aləmdə kölgə varlıqlar var, iddia edildiyi tərzdə maddə yoxdur. Maddəyə dair bütün bilgimiz ruhun şərhinə əsaslanır.

(A9 TV; 1 noyabr 2017)

Axirəti və dünyanın məqsədini düzgün dərk etmələri üçün insanların əvvəlcə təməldəki baxış prizmalarını elmi, düzgün zəminə hakim etmələri lazımdır. İnsanlar maddə var, maddədən ruh meydana gəlir inancına sahibdirlər. Beynimiz olmasa hiss, duyğu, şüur olmaz zənn edirlər. Tam əksinə, ruhdan maddə əmələ gəlir. Əldə konkret olan dəlil ruhdur. Maddəyə aid konkret dəlil yoxdur. Lakin ruha aid konkret dəlil var. Maddə inanc olaraq var. Olması lazımdır deyirik. Nəyə görə? Beynimizin içində ruhun gördüyünə görə. Beynimin içində gördüyümə görə xarici aləmdə də olması lazımdır deyir insanlar. Dolayısilə maddə inanc olaraq var, ruh isə qəti konkret olaraq var. Ruhun meydana gətirdiyi görünüşə maddə deyirik. Bu elmi həqiqətdir. Bunu anlayan axirəti, dünyanın həqiqətini də çox dəqiq anlayar.

(A9 TV; 1 noyabr 2017)

Avropada bizim gördüyümüz elmi işlər, kitablar, konfranslar çox geniş təsir yaradır. Avropalıların əksəriyyəti ilk dəfə həqiqi İslamla qarşılaşırlar. Ziyalı, müasir, açıqfikirli müsəlmanları görmək onlar üçün əhəmiyyətli zəmanət olur. Dəccaliyyətin əsas hədəflərindən biri olan Avropada gördüyümüz hər mədəni iş birə min nisbətində təsirli olur.

(A9 TV; 1 noyabr 2017)

Ülkücülük dövlətə, millətə, müqəddəs şeylərə sahib çıxmaqdır. Hər cür təhlükəli fikrə qarşı sədd olmaqdır. Dövlət tərbiyəsini bilmək deməkdir. Ülkücülər hər şeyi ilə milliliyi hakim etməyə çalışan altruist, fədakar, Allaha özünü həsr etmiş, eqoistliyi məğlub etmiş, təkcə Allahdan qorxan insandırlar.

(A9 TV; 31 oktyabr 2017)

İman insanı gümrahlaşdırar. İman olmadıqda nə yesə də, hara getsə də, nə etsə də, bir daxili qüvvə insana sıxıntı verər. Bu sıxıntıdan xilas olmaq üçün alkoqola və sairəyə əl atar. Halbuki gümrahlığın, yaşama coşğusunun təməlində Allah sevgisi və iman var.

(A9 TV; 31 oktyabr 2017)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)