Bizim elmi işlərimizin təsiri çox geniş olur. Ənənəçi ortodoks anlayışında bir çox təbəqə ilə əlaqə yaratmaları mümkün olmur. Allaha çox şükür, biz Rusiya, İran, İsrail, Çin kimi əksər müsəlmanın çata bilmədiyi ölkələrdə elmi iş aparırıq. Bizim siyasətlə əlaqəmiz yoxdur. İnsanlar da bunu açıq şəkildə görür. Yeganə məqsədimiz sevgidir və bizdən başqa dünyada yeganə məqsədi sevgi olan cəmiyyət yoxdur. Qurana əsaslanan İslamı izah etdiyimiz və səmimi olduğumuz üçün dünya miqyasında gənclər sevə-sevə İslama yaxınlaşdılar. Sevə-sevə İslamı yaşamaq istəməyə başladılar. İnsanların çoxu “bizə təsir etdi, qəbul edirik” demir, lakin gizlin-gizlin Quran müsəlmanlığı yayılır.
1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır.(davamı…)