Əgər bir insan sənə yaxın olmursa, Allah nəsib etmir. Hökmən olacaq deyə bir şey yoxdur, olmursa axirətin üçün xeyir vardır. İnsan qarşısındakı insanın Allahın nəzarəti altında olduğunu unutmamalıdır. Əgər unutsa o insanı bütləşdirmiş olar. Bütləşdirməyə başladığın andan etibarən o insan səni boğar. Hər kəsin Allaha aid olduğunu bilib, Allah sevgisi ilə baxırsansa, hər şeyin xeyir olduğunu bilərsən.

(A9 TV; 6 noyabr 2017)

Bütün Quranda heyranlıq yaradan riyazi uyğunluq var. İnsanların çoxu bu məsələni elə də bilmir, bilsələr də çox üzərində düşünmürlər. Məsələn, gün sözü 365 dəfə keçir, ay sözü 12 dəfə keçir, günlər sözü 30 dəfə keçir. Bunun kimi çoxlu sayda riyazi uyğunluq var.

(A9 TV; 6 noyabr 2017)

Tayyib hocamın dindarlığı çox gözəldir. Əlinə keçən hər fürsətdə Qurandan, imandan gözəl xatırlatmalar edir. Bu gözəl davranışı ona bərəkət gətirir. MaşaAllah. Tayyib hocama sahib çıxma məsələsində millət olaraq çox diqqətli və ayıq-sayıq olaq.

(A9 TV; 6 noyabr 2017)

Ənənəçi ortodoks sistem müsəlmanların dəyərsiz görülməsinə səbəb olur. Bu sistem qadını alçaldır, kişiləri potensial cinayət törədən maşın kimi görür. Hər şeyin cəzası ölümdür. İnsanı dəyərsiz görən anlayış hakimdir. Buna görə də, təkcə Qərb deyil, müsəlmanların çoxu da bir-birini dəyərsiz görür.

(A9 TV; 5 noyabr 2017)

Qadının kişilərlə görüşməməsi, təcrid olunması, evə dustaq edilməsi fikri Quranda yoxdur. Qurana baxdığımız zaman hz. İbrahimin həyat yoldaşının kişilərlə danışdığını, hz. Musanın hz. Şüeybin qızları ilə görüşüb danışdığını, hz. Süleymanın Səba hökmdarı ilə görüşdüyünü görürük. Qurana görə qadın etibarlı mühitdə, hər hansı tacizə məruz qalmayacağı və ya narahat edilməyəcəyi mühitdə, istədiyi kimi rahat olar. Allah qadınlara azadlıq vermişdir.

(A9 TV; 5 noyabr 2017)

Ünsiyyətcil olmaq cəmiyyət üçün şəfadır, fərəhlik verər. İçinə qapanıqlıq olduğu zaman bütün cəmiyyətdə sıxılma olur. İçinə qapanıqlığın səbəbi əsasən eqoistlik, qürur, təkəbbür hissidir. Bu mənfi hisslərdən iradə və ağıl işlədərək uzaqlaşmaq lazımdır.

(A9 TV; 5 noyabr 2017)

Qadınların zəmanət gözləməyi haqlıdır. Çünki bir çox məsələdə kişi qadına görə daha üstün olur. Həm bədən gücü olaraq, həm də cəmiyyətin təzyiqi baxımından qadının qarşısında daha çox çətinlik olur. Kişi bir şey etdikdə onun “şərəfi” olur, qadın etdikdə isə dərhal əxlaqsız olmaqla ittiham edilir. Zina qadın üçün də, kişi üçün də çirkin və haramdır. Əgər dəliqanlılar, gənc qızların namusuna, iffətinə, şərəfinə, ləyaqətinə sahib çıxacaqlarını, canları bahasına onları qoruyacaqlarına zəmanət verərlərsə o zaman qadınlar da özlərini etibarlı hiss edər və daha rahat yaşayarlar.

(A9 TV; 5 noyabr 2017)

İnsan özünə təzyiq göstərməz, özünü təslim etsə, taleyi vicdanı ilə əlaqəli olar. İnsanlar vicdanlarına müqavimət göstərdikləri üçün həyatlarında problem olur. Vicdana tabe olan səmimi yaşayar. İnsanın ruhunda vicdan adlanan gücə, xoşuna gəlməsə də tabe olması lazımdır. O zaman ən səmimi insan olar.

(A9 TV; 5 noyabr 2017)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)