Mömin, vicdan nə deyirsə ona tabe olmaqla borcludur. Mənfəətinə zidd olsa da vicdanın səsinə tabe olmalısan. O zaman çox gözəl həyat yaşayarsan.
(A9 TV; 6 noyabr 2017)
İslam aləminin bu vəziyyətdə olmasının əsas səbəbi ənənəçi ortodoks İslam anlayışını yayıb, Quranın kafi olduğunu söyləməyi cinayət halına gətirmələri idi. Dəccaliyyət bu sistemdən çox yaxşı istifadə etdi və İslam aləmini məhv etdi. Hal-hazırda mehdiyyət vəsiləsi ilə bu təxribat aradan qalxır inşaAllah.
(A9 TV; 6 noyabr 2017)
Münafiq İslamı yaymaq üçün nə isə etməz. Yayanlara da mane olmaq istəyər. Quran möcüzələri, iman həqiqətləri, İngiltərə dərin dövlətinin həqiqi üzünü izah edən müsəlmanları öz aləmində dayandırmağa çalışar. Münafiq Qurandan və İslamdan heç bəhs etməz, etdiyi yeganə şey ayələrdən öz mənfəətinə görə istifadə etməyə çalışmaqdır.
(A9 TV; 6 noyabr 2017)
Şirk Allaha şərik qoşmaq, Allahdan başqa güc olduğunu düşünməkdir. Mömin hər zaman hər yerdə tək güc sahibinin Allah olduğunu bilməlidir.
(A9 TV; 6 noyabr 2017)
İngilis rumiliyi, İslam dininə qarşı istifadə etmək üçün İngiltərə dərin dövləti tərəfindən formalaşdırılıb. Anadolu mövləviliyindən fərqlidir. Ateistlər, darvinistlər, İslam əleyhinə olanlar rumiliyi müdafiə edib dəstəkləyirlər. Çünki bu rumilikdə dindən ayrı bir fəlsəfə müdafiə edilir.
(A9 TV; 6 noyabr 2017)
Münafiqlərin və küfr əhlinin bütün maneələrinə baxmayaraq, Allahın icazəsi ilə hər mövzuda müvəffəqiyyətli olduq.
(A9 TV; 6 noyabr 2017)
Müsəlmanların böyük hissəsi darvinizm qarşısında qorxaqlıq göstərmişdir, elmi cavab verə bilmədikləri üçün təslim olmuşdular. Mərakeş, Əlcəzair, Misir, Pakistan kimi ölkələrdə təkamül yayılmağa başlamışdı. Bizim elmi izahatlarımız nəticəsində müsəlmanlar darvinizmə qarşı üstün gəldilər.
(A9 TV; 6 noyabr 2017)
Təkamül nəzəriyyəsi, təsadüf kimi kor düşüncənin möhtəşəm həndəsə, müntəzəm qızıl nisbət, fizika və kimya qanunları yaradacağına, görən, eşidən, toxunan, iyləyən, dadan şüur meydana gətirəcəyinə inanmaqdır. Belə primitiv fəlsəfəyə inanmaq ciddi ağıl zəifliyi ortaya qoyar. Təsadüf ilahı bütpərəst dövrlərdən gələn xurafatdır.
(A9 TV; 6 noyabr 2017)
Münafiq acı dili ilə möminləri narahat etmək istəyər. Münafiqin hər hərəkəti özünə bəla olaraq qayıdar, müsəlmana isə heç bir zərər verə bilməz. Münafiqlərin hər hücumu müsəlmanların sevincini, həyəcanını, əzmini gücləndirər.
(A9 TV; 6 noyabr 2017)
Təkcə Allahdan qorxub; “ey Rəbb məndən digər qorxuları yox et, təkcə Səndən qorxum” deyə dua etmək lazımdır.
(A9 TV; 6 noyabr 2017)





