Münafiq axmaq olduğu üçün gücü, qüvvəti və zənginliyi verənin Allah olduğunu anlamaz. Münafiq alçaldılaraq həmişə sürünərkən, müsəlmanların bolluq, bərəkət, nəşə və sevinc içində yaşaması Allahın möminlərə məxsus qorumasıdır.

(A9 TV; 5 noyabr 2017)

Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in zənginliyinə heyrətamiz dərəcədə həsəd aparırdılar. “Əbul Qasımın yetimi necə zəngin oldu” deyə alçaqcasına və namərdcəsinə çıxışlar edirdilər. Yetim olan Rəsulullah (s.ə.v)-i Allahın zəngin etməsinə dözə bilmir, heyrətamiz qəzəb hissi keçirirdilər. Qənimətlərdən pay ala bilməmək də münafiqlərin içlərinə oturmuşdu. Qənimət qazanılması üçün müsəlmanların yanında mübarizə aparır, lakin qənimətə nail ola bilmirdlər. Peyğəmbərimiz (s.ə.v)-in qənimətləri Allah yolunda xərcləməsinə dözə bilmirdilər. Peyğəmbərin, onların vəsiləsi ilə zəngin olduğunu düşünür və qısqanclıqdan dəli olurdular. Dövrün dərin dövlətlərinə həmişə namərdcəsinə bilgi ötürür və alçaqcasına Peyğəmbərimiz (s.ə.v)-in həbs olunması və ya şəhid edilməsini ümid edirdilər. Sonunda qənimətləri əldə edə bilməyəcəklərini anlayanda 30-40 il İslama xidmət etdikdən sonra yolunmuş qaz kimi, axmaqcasına ortada qaldılar.

(A9 TV; 5 noyabr 2017)

Münafiqlər orqanizmdəki bədxassəli şişdir, murdarlıqdır. O murdarlığın atılması müsəlmanlar üçün fərəhlik və gözəllikdir. Peyğəmbərimiz (s.ə.v) dövründə münafiqlər çox böyük əxlaqsızlıqlar etmişdir. Rəsulullah (s.ə.v)-in həyat yoldaşlarının pərdə arxasından danışması tədbiri münafiqlərə qarşı alınmış tədbirdir. Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in həyat yoldaşlarını təsir altına almağa çalışır, həmişə fitnə törədirdilər.

(A9 TV; 5 noyabr 2017)

Hər kəs öləcək. Bu dünyada heç kəs qalmayacaq. Şərəfli, gözəl axirət həyatı əhəmiyyətli olandır. Şəhidlərimiz ən şərəfli axirət həyatına qovuşurlar. Onların məqamına qibtə edirik.

(A9 TV; 5 noyabr 2017)

Hər kəs beyninin içindəki avtomobili idarə edər. Beynindən kənardakı bir avtomobili idarə edən varlıq yoxdur. Hər insan beyninin içindəki evinə gedər, beyninin içindəki uşaqlarını sevər, beyninin içindəki həyat yoldaşı ilə danışar. Bu, elmi həqiqətdir. Çəkindikləri üçün açıq şəkildə bu həqiqəti ifadə etmirlər.

(A9 TV; 4 noyabr 2017)

İnsanlara dini elə göstərdilər ki; müsəlman yazıqdır, həqirdir, özünü keyləşdirmişdir, özünü aldadar, xurafatlar içində boğular, sevgi, mərhəmət, şəfqət bilməz, qadınlara hörmət göstərməz deyə düşüncələrinə hakim olmuş idi. İslam dedikdə saqqalı kəsən öldürülər, içki içən öldürülər, namaz qılmayan öldürülər, qadınlar insan sayılmaz, düşünmək yoxdur, araşdırmaq yoxdur, rəsm, musiqi, heykəl yoxdur deyə zənn edirdilər. Bunların Qurana uyğun olmadığını biz hər cəhətdən göstərdik. Qurandakı din azaddır, insanlara bunu göstərdik. İnsanlarla din arasındakı maneəni aradan qaldırdıq.

(A9 TV; 4 noyabr 2017)

Bütün müsəlmanların bir-birini anası, atası, bacı-qardaşı, həyat yoldaşı, uşağı kimi qoruyacağı himayədarlıq sisteminin həyata keçirilməsi lazımdır. Sevgiyə əsaslanan bu himayədarlıq sistemi olmadığı müddətcə dünya hər kəs üçün qorxunc bir yer olar. Allaha söykənən, Allaha güvənən, hər kəsin bir-birini ailəsi kimi gördüyü bir sistem tətbiq olunduğu zaman isə bütün dünya cənnət kimi olar.

(A9 TV; 4 noyabr 2017)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)