Tütün plantasiyalarının tərəvəz plantasiyalarına çevrilməsi lazımdır. Tütünü qadağan edərək məsələ həll olmaz. Lakin tütün plantasiyalarının yerinə tərəvəz plantasiyaları, bağlar, bağçalar yaradılsa, bu, bütün dünya üçün bayram olar.
(A9 TV; 5 noyabr 2017)
Dünyaya dair şəxsi hərisliyimiz olmaz. Lakin dünyanı insanlar üçün cənnətə döndərmək, insanları xoşbəxt etmək müsəlmanın hədəflərindəndir. Dünyadan imtina etmək, özünü xoşbəxt etmək deyil, sevdiklərini xoşbəxt etmək üçün səy göstərmək deməkdir.
(A9 TV; 5 noyabr 2017)
Hər şeyi beyninə salmaq və böyütmək insana çox zərər verər. İnsanlara təvəkkülü xatırlatmaq, kiçik hadisələri əhəmiyyətli görməsinə lüzum olmadığını xatırlatmaq gözəl ibadətdir.
(A9 TV; 5 noyabr 2017)
Nəcməttin Ərbakan hocamız İslama çox böyük xidməti olmuş, xalis, müttəqi, təmiz, mükəmməl müsəlman idi. Təriqət əhli idi. Vəli əxlaqına sahib idi. Allah qəni-qəni rəhmət eləsin.
(A9 TV; 5 noyabr 2017)
Qabilin qardaşını şəhid etməsi tarixdəki ilk Dəccal hərəkatıdır. Dəccaliyyət o gündən indiyədək davam etmişdir.
(A9 TV; 5 noyabr 2017)
Mən səmimi olan hər kəsi sevərəm. Məsum musəvi, xristian, buddist, hər kəsə sevgi və şəfqətlə yanaşaram. Musəvilər minlərlə ildir ki, hz. Musaya sadiqdirlər. Allah Quranda Kitab əhlini qorumağımızı və onlara şəfqətlə yanaşmağımızı söyləyir. Məzlum musəvilər bizə əmanətdir. Onları hər zaman qoruyacağıq.
(A9 TV; 5 noyabr 2017)
Heç kim PKK-lı olaraq dünyaya gəlmir, sonradan aldıqları təhsillə PKK-lı olurlar. Təhsillə PKK-lı olan, təhsillə PKK-lı olmaqdan uzaqlaşar. Ən böyük səhvlik anti-PKK təhsilinin verilməməsidir. Bir insan yan gedirsə, doğru yolu göstərsən o doğru yolda getməyə başlayar. Yolu göstərmək əhəmiyyətlidir. Hərbi tədbir təkbaşına faydalı olmaz. Terrora qarşı həll yolu, anti-darvinist, anti-materialist, elmi, ağıllı təhsillə olar. Bütün Türkiyə və Yaxın Şərq miqyasında anti-darvinist, anti-materialist təhsil verilməsi lazımdır.
(A9 TV; 5 noyabr 2017)
Heç kim pulun əsli ilə, qızılın, gümüşün əsli ilə təmasda olmaz. Heç kim köşkünün, yaxtasının, avtomobilinin əsli ilə təmasda ola bilməz. Sadəcə, beynində bunların filmini seyr edər. İndiyə qədər bir insan belə malın, mülkün xarici aləmdəki halı ilə təmasda olmamışdır. Tək bildiyi beynində ona seyr etdirilən filmdir.
(A9 TV; 5 noyabr 2017)
Allah bütün müsəlmanların bir-birini himayədarlıq sistemi ilə, öz doğma bacı-qardaşı, anası, atası, həyat yoldaşı, uşağı kimi qorumasını əmr edər. Müsəlmanın topladığı pulu olmaz. Qazandığını Allah yolunda dərhal xərcləyər. Mənim sahib olduğum hər şey Allah üçündür. Malın, mülkün sahibi Allahdır.
(A9 TV; 5 noyabr 2017)
Münafiq hər sözünü, hər hərəkətini, hər baxışını, hər cümləsini, hər fəaliyyətini yaradanın Allah olduğunu bilməz. Axmaq beyni ilə özünün etdiyini zənn edər. Allahın hər şeyi yaradan olduğunu, güc və qüvvətin bütün sahibinin Allah, Rəsulu və möminlər olduğunu qavraya bilməz.
(A9 TV; 5 noyabr 2017)





