İngiltərə dərin dövləti asan əzəcəyini düşündüyü üçün ənənəçi İslam anlayışını müdafiə edir. Ənənəçi İslam anlayışı olduğu zaman elm, incəsənət, keyfiyyət, ağıl olmadığı üçün insanlar asan yönləndirilə bilən və dərhal əzilən xarakterdə olur. Bu da İngiltərə dərin dövlətinin işinə yarayır. Türkiyədə müasir Quran müsəlmanlığından bəhs edərək bu oyunlarını tamamilə puç etdik.
(A9 TV; 6 noyabr 2017)
Suriyada, İraqda, Yəməndə, Liviyada aclıqdan, xəstəlikdən vəfat edən yüzlərlə insan var. Darvinizmə, materializmə qarşı elmi mübarizə aparmaq, Quran möcüzələrini izah etmək, Quran paylamaq, insanların ehtiyaclarını ödəmək, İslama böyük xidmətlər göstərmək imkanı olduğu halda, zəngin müsəlman ölkələrin futbol komandalarına yüklü miqdarda pullar xərcləməsi vicdana uyğun deyil.
(A9 TV; 6 noyabr 2017)
Cənnətdə toz və çirk yoxdur. Toz xüsusi olaraq yaradılmışdır. Tozun mövcudluğu tək başına möcüzədir. Hər toz nəhəng aləmdir. Hər tozun hara gedəcəyi məlumdur. Tozun içinə girdiyin zaman böyük aləmin içinə girərsən.
(A9 TV; 6 noyabr 2017)
Müsəlmanlar fərd-fərd olsunlar deyimi, müsəlmanların bölünüb, parçalanıb gücsüz, rəhbərsiz olması üçün İngiltərə dərin dövlətinin ortaya atdığı plandır. Quran ayələri müsəlmanların kütləvi halda yaşayacaqları şəkildədir. Tarix boyu müsəlmanların həmişə mənəvi lideri olmuşdur. İnfaq, mərhəmət, əfv, şəfqət, məşvərət, elmi mübarizə həmişə müsəlmanların kütləvi halda olmasını tələb edir. Müsəlmanların camaat olması hökmən klassik mənada təriqətlər olması demək deyil. Bir müsəlman məscidə gedər, başqa müsəlmanların da gəlməsinə vəsilə olar, orada dərhal camaat yaratmış olarlar.
(A9 TV; 6 noyabr 2017)
Münafiq sırf öz murdar nəfsinin rahatlığı üçün ayələri şərh edər. “Gəzib dolaşmırsınız?” ayəsini götürər, mən bu ayəni yaşayıram deyə dünyanı gəzməyə çıxar. Boş-boş gəzişər. Suriyada, İraqda çoxlu qan tökülərkən, müsəlmanlar on-on dənizdə boğularkən, İslamı təbliğ etmək, kitab çap etdirib paylamaq, məqalə hazırlamaq imkanı olduğu halda, bunları qoyub dünyanı gəzməyə gedirəm demək, həm qeyri-səmimilik, həm də vicdansızlıqdır.
(A9 TV; 6 noyabr 2017)
Müasir olanın dinsiz olduğuna dair yanlış imic var idi. Bu imici biz aradan qaldırırıq. “Rəsm çəkən, rəqs edən, musiqi dinləyən, əylənən, dekolte geyinən, heykəl sevən dinsizdir. Məzlum, az düşünən, yaxşı təhsil almamış olan, ictimai həyatın içində olmayanlar isə dindardır” deyə düşünürdülər. Hazırda ziyalı, müasir, dərin düşünən, keyfiyyətli və gözəl yaşayanın dindar olduğunu bütün dünya görmüş oldu.
(A9 TV; 6 noyabr 2017)
Texas və Amerika xalqına başsağlığı diləyirəm. Kilsələrin təhlükəsizliyinin təmin olunması əhəmiyyətlidir. Əlini qolunu sallayan silahla kilsənin içinə girə bilməməlidir. İbadətgahların qapılarında mütləq mühafizə işçisi olmalıdır. Kilsələr, məscidlər, sinaqoqlar mütləq çox yaxşı qorunmalıdır.
(A9 TV; 6 noyabr 2017)
Əziyyət, ehtirası və sevgini zəmində formalaşdırar. Cənnət həsrətini formalaşdırar. Cənnətin dəyərini bilmə gücü, gözəldən zövq almağın gücü olduqca güclənər. Əziyyət olmadığı zaman ağlın və sevginin inkişafında zəifləmə olar. Allaha sevgini ən yaxşı ifadə edən zəmin əziyyətdir.
(A9 TV; 6 noyabr 2017)
Bir-iki nəfərin kasıblara yardım etməsi həll yolu olmaz. Allahın Quranda bildirdiyi himayədarlıq sisteminin tam yaşanması lazımdır. Himayədarlıq sistemində hər insan, hər kəsdən öz doğma bacı-qardaşı, anası, atası kimi məsuldur. İstanbuldakı bir şəxs Vandakı bir şəxsdən öz ailəsi kimi məsuldur. O zaman nə kasıblıq, nə də yoxsulluq qalar.
(A9 TV; 6 noyabr 2017)
Hər şeyi edənin Allah olduğuna tam iman çox əhəmiyyətlidir. Yüksək iman yarandığı zaman Allah bütün dünyanı müsəlmanın əmrinə verər.
(A9 TV; 6 noyabr 2017)





