Qadının kişilərlə görüşməməsi, təcrid olunması, evə dustaq edilməsi fikri Quranda yoxdur. Qurana baxdığımız zaman hz. İbrahimin həyat yoldaşının kişilərlə danışdığını, hz. Musanın hz. Şüeybin qızları ilə görüşüb danışdığını, hz. Süleymanın Səba hökmdarı ilə görüşdüyünü görürük. Qurana görə qadın etibarlı mühitdə, hər hansı tacizə məruz qalmayacağı və ya narahat edilməyəcəyi mühitdə, istədiyi kimi rahat olar. Allah qadınlara azadlıq vermişdir.
(A9 TV; 5 noyabr 2017)