Hz. Süleyman münafiq axmaqlardan istifadə edir və onlara heyrətamiz xidmət etdirirdi. Münafiq şeytanın insan halına girmiş formasıdır. Hz. Süleyman bu insani şeytan olan münafiqlərə evlər inşa etdirir, bağçalar saldırır, müsəlmanların varlanması üçün işlədirdi. Hz. Süleyman münafiqləri eşşək kimi işlədərək müsəlmanların böyük güc və zənginlik qazanmasını təmin edirdi. Eşşək kimi hz. Süleymana, İslama və müsəlmanlara xidmət edib sonra it kimi təcrid edilib alçaldılıblar. Hz. Süleyman dövrünün münafiqləri də Peyğəmbərimiz (s.ə.v) dövrünün münafiqləri də axmaqlıqlarına doymadılar.

(A9 TV; 7 noyabr 2017)

Münafiq şüur sahibi deyil. Maşın kimidir. Münafiqlər Peyğəmbərimiz (s.ə.v) dövründə 10 il, 20 il Peyğəmbərin yanında qalır, bir gün qənimətlərə çatacaq deyə İslama var gücü ilə xidmət edirdilər. Heyvan kimi çalışırdılar. Sonra bir anda qocalıb çürüdüyünü, qənimətlərə çatmasının qeyri-mümkün olduğunu gördükdə bu dəfə həddən artıq kinlənir və müsəlmanların yanından ayrılırdılar. Peyğəmbərimiz (s.ə.v) dövründəki bu münafiqlər axmaqlığını başa düşdükcə vəziyyət heç xoşlarına gəlmir və müsəlmanların dağılması üçün dövrün dərin dövlətləri ilə əməkdaşlıq edirdilər. 10 il, 20 il ərzində Peyğəmbərlə birlikdə bütün döyüşlərə qoşulan bu münafiqlər bir anda Peyğəmbər əleyhinə çıxışlar etməyə başlayırdılar. Axmaqca misallar verərək Peyğəmbərlə mübarizə apara biləcəklərini zənn edirdilər. Münafiq təkcə saxtakar əsnaf məntiqi ilə ağılsız cümlələr qurar, ortaya atdığı hər fikir isə axmaqlığının sübutudur.

(A9 TV; 7 noyabr 2017)

Yunan xalqı çox gözəl insandırlar. Türkiyə ilə Yunanistan arasında vizanın, pasportun ləğv edilməsi lazımdır. Onlar bizim övladlarımızdır, bacı-qardaşlarımızı bizdən ayırdılar. Yenidən birlik olmağımız lazımdır.

(A9 TV; 7 noyabr 2017)

Allah qorusun Suriyalı bacı-qardaşlarımızı Türkiyəyə almasaydıq, onları ölümə tərk etmiş olacaqdıq. Bir insanı ölümə tərk etmə ehtimalı olduğu zaman əlimizdən nə gəlsə edib onu xilas etmək vicdani məsuliyyətdir. Əgər belə vəziyyətdə biri, “buraxın ölsünlər” deyirsə bu vicdansızlığı necə qazanmış olduğunu sosioloji olaraq araşdırmaq lazımdır. Bizim millətimiz heç vaxt belə vicdansızlığı qəbul etməz.

(A9 TV; 7 noyabr 2017)

Allah bizə doğru olanı həmişə vəhy edər. Altıncı hiss kimidir bu vəhy. Qəlbimizdə onun doğru olduğunu hiss edərik. Şeytanın təlqinini də qəlbimizdəki sıxıntıdan anlayarıq. İnsana anbaan gələn bu vəhy yazılı və ya şifahi şəkildə deyil, lakin biz bilərik. Vicdan və ağıl hər an yaradılar.

(A9 TV; 6 noyabr 2017)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)