Münafiq şüur sahibi deyil. Maşın kimidir. Münafiqlər Peyğəmbərimiz (s.ə.v) dövründə 10 il, 20 il Peyğəmbərin yanında qalır, bir gün qənimətlərə çatacaq deyə İslama var gücü ilə xidmət edirdilər. Heyvan kimi çalışırdılar. Sonra bir anda qocalıb çürüdüyünü, qənimətlərə çatmasının qeyri-mümkün olduğunu gördükdə bu dəfə həddən artıq kinlənir və müsəlmanların yanından ayrılırdılar. Peyğəmbərimiz (s.ə.v) dövründəki bu münafiqlər axmaqlığını başa düşdükcə vəziyyət heç xoşlarına gəlmir və müsəlmanların dağılması üçün dövrün dərin dövlətləri ilə əməkdaşlıq edirdilər. 10 il, 20 il ərzində Peyğəmbərlə birlikdə bütün döyüşlərə qoşulan bu münafiqlər bir anda Peyğəmbər əleyhinə çıxışlar etməyə başlayırdılar. Axmaqca misallar verərək Peyğəmbərlə mübarizə apara biləcəklərini zənn edirdilər. Münafiq təkcə saxtakar əsnaf məntiqi ilə ağılsız cümlələr qurar, ortaya atdığı hər fikir isə axmaqlığının sübutudur.
1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır.(davamı…)