Peyğəmbərimiz (s.ə.v) dövründə münafiqlər bir gün Peyğəmbərimiz (s.ə.v)-ə bir şey olar da, qənimətlər onlara qalar ümidi ilə bütün döyüşlərdə iştirak etdilər, növbə tutdular, Peyğəmbərimiz (s.ə.v) və müsəlmanların çox varlanmasına vəsilə oldular. Sonra Allahın Peyğəmbərimiz (s.ə.v)-i qoruduğunu gördükləri və qənimətlərə nail olmaqdan ümidləri kəsildiyi zaman, nə qədər axmaq vəziyyətinə düşdüklərini görüb çox kinləndilər. Bu kinləri ilə səhrada it kimi sürünərək həyatları boyu alçaldıldılar və təkbaşına öldülər.

(A9 TV; 7 noyabr 2017)

Münafiq öz aləmində səmimiyyət iddiası ilə ortaya çıxar, lakin öz işini görər. Alçaldılmaqdan qorxduğu üçün müsəlman görünüşünü davam etdirərlər. Dindən nifrət etdikləri halda haşa Peyğəmbərimiz (s.ə.v)-ə mərhəmət və ədalət öyrətməyə cəhd edirdilər. Münafiqlər dünyanın ən əxlaqsız, ən namərd insanları olmalarına baxmayaraq, insanlara əxlaq dərsi verərlər.

(A9 TV; 7 noyabr 2017)

Münafiqlər guya yaxşı niyyət adı ilə ortaya çıxarlar. Öz axmaq beyinləri ilə özlərinin nə qədər məntiqli Peyğəmbərimiz (s.ə.v)-in haşa məntiqsiz olduğu, özlərinin incə düşündüyü, lakin Rəsulullah (s.ə.v)-in haşa incə düşünə bilmədiyini iddia edərlər. Halbuki namərddən namərd, alçaqdan alçaqdır münafiqlər. Axmaqdırlar.

(A9 TV; 7 noyabr 2017)

Münafiqlər məscid açacağıq, kasıblara kömək edəcəyik, Quran öyrədəcəyik deyə zahirdə müsəlmanlara yaraşan formada şüarlar deyərlər. Bu alçaqlıqlarının səbəbi də müsəlmanları öz aləmlərində təsir altına almaq, zəif olanları öz tərəflərinə çəkməyə çalışmaqdır. Həqiqətdə isə İslamdan nifrət edərlər.

(A9 TV; 7 noyabr 2017)

Allahın nurlu, yaraşıqlı, gözəl nəsil meydana gətirməsi, hamısının sülhü, sevgini, dostluğu istəməsi bahar müjdəsidir. Gözlə görüləcək şəkildə hər şey yaxşılığa gedir. Bacı-qardaşlarımız bir neçə il daha səbir etsinlər nəticə çox gözəl olacaq inşaAllah.

(A9 TV; 7 noyabr 2017)

Kürd olmaq şərəfdir. Mənim qız dostlarımın bir çoxu kürddür. Kürdlər mərddir, dəliqanlıdır. Onların mövcudluğundan xoşbəxtlik duyuruq. Hamısını çox sevirik. Kürd əleyhinə olanlar əxlaqsız və alçaqdırlar. Kürdlərdən nifrət edən alçaqları heç vaxt ciddiyə almasınlar.

(A9 TV; 7 noyabr 2017)

Allahı sevməyi bilməyən sevgini bilməz. Eqoist insan sevgini yaşaya bilməz. Eqoist insanın həyatı çirklidir. Eqoistlikdən xilas olan insanı Allah qorumağa başlayar, nurlanar, gözəlləşər. Eqoist olan isə həm sevə bilməz, həm də sevilməz, həmişə xoşagəlməz olar.

(A9 TV; 7 noyabr 2017)

Suriyalı bacı-qardaşlarımıza “ölkənizə qayıdın” demək, “ölümə gedin” mənasını verər. Belə vicdansızlığı heç kim qəbul etməməlidir. Bu ağır vicdansızlıq yarandığı zaman, yanında uşaq öldürülərkən insanlar yemək yeməyə davam edirlər. Qonşuda uşaq, qadın zorakılığa məruz qalıb kömək üçün haray çəkərkən heç biri müdaxilə etmir.

(A9 TV; 7 noyabr 2017)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)