Dindar olmaq, ibadətlərini yerinə yetirmək hər kəsin qibtə edəcəyi gözəllikdir. Məsələn, musəvilər ibadət vaxtı gələndə hər kəsin önündə hava limanında ibadətlərini edirlər. Hər kəs hörmətlə yanaşır. Dindarlıq, hörmət ediləcək nemətdir, gözəllikdir.

(A9 TV; 7 noyabr 2017)

Rəsulullah (s.ə.v) dövrünün münafiqləri alçaq və şəxsiyyətsiz olduqları üçün, Peyğəmbərimiz (s.ə.v)-in məscidini qorumaq üçün növbə tutmağı alçaldıcı olaraq görürdülər. Rəsulullah (s.ə.v)-in məscidində növbə tutmaq əvəzinə it kimi küçələrdə boş-boş gəzmək istəyirdilər. Tarixə bu ləyaqətsizlikləri ilə keçdilər.

(A9 TV; 7 noyabr 2017)

Axmaq beyinləri ilə Peyğəmbərimiz (s.ə.v)-ə haşa ağıl verən və tələ quran münafiqlərin sonu səhrada qaçan yolunmuş toyuqlar kimi olmuşdur. Münafiqlərin küfr qalası olaraq inşa etdikləri Dirar məscidini Peyğəmbərimiz (s.ə.v) yerlə-yeksan etmiş, bütün oyunlarını başlarına keçirmişdir. Peyğəmbərimiz (s.ə.v) daha da güclənmiş, varlanmış, münafiqlər isə axmaq olaraq ortada qalmışdırlar.

(A9 TV; 7 noyabr 2017)

Münafiq imandan istifadə edərək İslama zidd bir qala yaratmağa çalışar. Müsəlmanlar bir məsələdə xidmət edirlərsə o xidmətin bənzərini edərək özlərini ağılsızcasına dindar kimi göstərməyə çalışarlar. Məsələn, Peyğəmbərimiz (s.ə.v)-in məscidindən daha ehtişamlı olduğu iddiası ilə Dirar məscidini inşa etmişdilər. Məscid inşa etdikdə müsəlmanlara təsir edə biləcəklərini və Peyğəmbərin yanından ayıra biləcəklərini zənn etmişdilər. Bu tikilinin adı məscid idi, lakin əslində küfr qalası idi. O dövrdə Peyğəmbərimiz (s.ə.v) və müsəlmanların xeyriyyə fondları var idi, onlar da bənzər görünüşdə xeyriyyə qurumları yaradaraq “biz də İslama xidmət edirik” deyirdilər. Halbuki insanlara fırıldaq gəlir, aldadır və oğurluq edirdilər.

(A9 TV; 7 noyabr 2017)

Münafiq çox namərddir. Əxlaqsız və ləyaqətsiz olduğu halda müsəlmanları “bizə gəlin” deyə həmişə çağırar. Müsəlmanlar isə münafiqlərin hər həmləsində Peyğəmbərə daha səmimi sevgi, ölümünə sədaqət və güclü vəfa ilə bağlanarlar.

(A9 TV; 7 noyabr 2017)

Peyğəmbərimiz (s.ə.v)-in zənginliyi, gücü və qüdrəti münafiqlərin içinə otururdu. Həddindən artıq kinlənərək küfr əhli ilə əməkdaşlıq edir və küfr əhlindən istifadə edərək müsəlmanları axmaqcasına təhdid edirdilər. “İnsanlar sizin əleyhinizə toplandı” deyirdilər. Müsəlmanlar heç vaxt sarsılmadıqca bu alçaq münafiqlər kinləri ilə yanıb qovrulurdular.

(A9 TV; 7 noyabr 2017)

Münafiq qəlbində xəstəlik olanlara təsir edərək Peyğəmbərə və müsəlmanlara zərər verməyə çalışar. Peyğəmbərimiz (s.ə.v) dövründə münafiqlərin ən böyük namərdliklərindən biri də Peyğəmbərin həyat yoldaşları haqqında fitnə törətmək idi. Peyğəmbərimiz (s.ə.v)-in ətrafından müsəlmanların dağılması üçün dövrün dərin dövləti Sasanilər ilə də əməkdaşlıq edirdilər. Nəticədə Peyğəmbərimiz (s.ə.v) zənginlik, gözəllik, şərəf içində yaşadı. Münafiqlər it kimi səhralarda sürünüb alçaldıldılar.

(A9 TV; 7 noyabr 2017)

Münafiq küfr əhlinə diqqətini yönəltməz. Küfr əhli münafiqi heç maraqlandırmaz. Tək hədəfləri Peyğəmbər və Peyğəmbərin ətrafındakı müsəlmanlardır. Bütün enerjisini və diqqətini müsəlmanların dağılmasına sərf edər. Var gücü ilə müsəlmanların dağılıb ayrılmasını istəyər. Bunun səbəbi də münafiqin kinidir. Peyğəmbərə 10 il, 20 il ərzində xidmət etməyin acısından içləri qovrular. Bu qovrulma və nifrətlə ağılsızca həmlələr edər.

(A9 TV; 7 noyabr 2017)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)