Münafiq küfrə, dinsizliyə, dinsiz ideologiyalara qarşı heç bir iş görməz. Səhərdən axşama qədər təsirli olduğunu gördüyü müsəlmanlar əleyhinə kaftarlar kimi mırıldanar. Mənfəət əldə etmək istəyib edə bilmədiyi, yal tapıb yeyə bilmədiyi müsəlman cəmiyyətləri hədəf alar.

(A9 TV; 20 noyabr 2017)

Sevgini yaşamayan insan yaşlanar. Beyin, göz, dəri, saç, sevgiyə görə yaradılmışdır. Sevgidə bütün bədəndə gümrahlıq və dirilik meydana gələr. Sevgisizlik olduğu zaman isə bütün hüceyrələrdə xərçəng yaranar. Hər hüceyrə sevgiyə görə yaradıldığı üçün sevgi görməyən hüceyrələrdə müəyyən mənada intihar başlayar. Sevgisizlik insanı çox tez çökdürər.

(A9 TV; 20 noyabr 2017)

İnsanlara və dünyaya əhəmiyyət verməmək lazımdır. Sadəcə yaxşı insanlara əhəmiyyət vermək kifayətdir. Bütün diqqəti səbir və qətiyyətlə Allaha cəmləşdirmək lazımdır. Dünya ilk baxışdan əyləncəli kimi gələ bilər, lakin Allahı unutsan o dəqiqə dünya insanı boğar. Allahdan diqqəti heç vaxt kəsməmək əhəmiyyətlidir. Ağıllı insan heç vaxt Allahdan diqqətini ayırmaz. Allah ilə əlaqəni kəsmək çox sıxıcıdır.

(A9 TV; 20 noyabr 2017)

Ağıl gücünü inkişaf etdirmək üçün beynini yormağa ehtiyac yoxdur, sadəcə çox-çox dürüst olmaq və Allaha heç vaxt xəyanət etməmək lazımdır. Gün ərzində Allaha xəyanət etmə məsələləri yarana bilər. Məsələn, başın ağrıyar, yorularsan, gücün çatmaz, birindən pis söz eşidərsən, ayağına bir şey ilişər, müvəffəqiyyətsizliyə uğrayarsan, min cür tərsliklə qarşılaşarsan. İnsan həmişə haşa Allahın bunu niyə etdiyini düşünməsinə vadar edəcək hadisələr yaşayar. Bu imtahan üçün məcburi olan, Allahın bizim sevgimizi çoxaltması üçün yaratdığı nemətlərdir. Əsla nankorluq, tərslik, mənfi düşünmə, bir sözlə, çox böyük ağılsızlıq olar. Əbəs yerə kütləvi nemət itkisinə səbəb olar. Həm dünyada, həm də axirətdə insana çox böyük zərər verər. Allahı heç vaxt tərk etməmək lazımdır. Həmişə müsbət düşünmək lazımdır, çünki Allahın gördüyü hər şey müsbətdir.

(A9 TV; 20 noyabr 2017)

Ağıllı, səmimi insanın tənqidi qiymətlidir. Səmimi sevən dostun insanın yaxşı olması üçün göstərdiyi səyi təqdir etmək lazımdır. Necə də gözəl, sənin lehinə olub sənin görə bilmədiyini görən bir göz sənə faydalı olur. Al o tənqidi başının üstünə qoy. Lakin sırf əxlaqsızlıq olsun deyə, qarşısındakını pərt etmək üçün tənqid edən olduğu zaman onun cavabını gözəl şəkildə vermək lazımdır.

(A9 TV; 20 noyabr 2017)

Allahı anlamaq çətin deyil. Sadəcə səmimi olmaq kifayətdir. Mömin, özünü sıxmadan, iki-üç dəlillə kafi olmağı təmin edər. İnsan Allahın yüzlərlə sənətini bir anda düşünə bilməz. Allahın sənəti düşünməklə bitirilə biləcək kimi deyil. Sırf hüceyrəni düşünməyə cəhd etsək 60-70 il ömür kifayət etməz. Tək bir mitoxondridəki ağıl dünyadakı bütün insanların ağlından daha çoxdur. Tək bir xalçanın tüklərində minlərlə qoyunun məlumatı var. Hər gün Allahı diqqətlə, səmimi ruhla izləmək lazımdır. O zaman da Allah o insana heyrətamiz dərəcədə bərəkət verər.

(A9 TV; 20 noyabr 2017)

Allah atomda heyrətamiz sənət yaradır. 15 milyard ildir ki, atom heç bir qida almadan heyrətamiz enerji ilə fırlanır, orbitindən heç vaxt çıxmır, atomlar bir-biri ilə toqquşmurlar. İnsan tək bir maya zülalını araşdırsa, içində tam fərqli nəhəng aləm olduğunu görər. Məhz Allah bu sənəti düşünüb-düşünmədiyimizə baxır. İnsan çörək arası dönər yeyir və heç nə düşünmür. Allahın bu böyük sənətinə baxmayaraq, heç nə düşünmədən yaşayan insan, əslində hər cür bəlaya layiq olmuş olur.

(A9 TV; 20 noyabr 2017)

Allah insanı acizlik içində yaratmışdır. İmtahanın tələbi olaraq həyat asanlıqla Özünə çatılacağı kimi olmaz. Necə ki, maneəli qaçış yarışında cürbəcür maneələr vardırsa, insanın Allaha çatmasında da bənzər çətinliklər var. Dünyadakı bu yarışın çətin olması şərtdir. Asan olduqda dünyada təhsil almağımıza ehtiyac yoxdur. Çətin olması üçün də zehin dağınıqlığı, bədən yorğunluğu, insanların tərs danışıqları lazımdır, küfr əhlinin, münafiqlərin hücumu lazımdır, zəif insanların ümidsiz danışıqları lazımdır. Həmçinin Allah başqa pərdələr də yaradar. Məsələn, Axırzamana xüsusi olaraq dinsiz fəlsəfə minlərlə qoldan möminə hücum edir. Cürbəcür dinsizlik və dini pozacaq dini dəyişdirmə cərəyanları var. Mömin məhz bütün bunların arasından keçərək Allaha yaxınlaşır.

(A9 TV; 20 noyabr 2017)

Amerika dəyərli insanların yaşadığı ölkədir. Amerika xalqını sevirik. Sevmədiyimiz və qarşı olduğumuz İngiltərə dərin dövlətidir. İngilis xalqını da, bütün Avropa xalqını da sevirik. Onlara qarşı mərhəmətsizliyi müdafiə edənlərə hər zaman qarşı olacağıq.

(A9 TV; 20 noyabr 2017)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)