Hər xatirədə xeyir vardır, hamısında təhsil, dərs, hikmət vardır. Hamısında mütləq insanın ruhunu və ağlını açan xeyirli cəhət vardır. Düşünüb xeyir cəhətlərini görüb irəliləmək üçün vəsilə olar.
(A9 TV; 21 noyabr 2017)
Mömin böhtana və ya pis sözə məruz qaldığı zaman mənəvi dərəcəsində ucalma olar. Zahirən alçalma kimi görünən hadisə mömin üçün ucalmadır. Möminin sağlamlığı, səhhəti, qüvvəti artar, varlanarkən öz aləmində mömini alçaltdığını zənn edəni isə çökdürər.
(A9 TV; 21 noyabr 2017)
Qadınlara qarşı yaradılmış əsaslı kişi hakimiyyəti var. Bunu da dəstəkləmək üçün ənənəçi ortodoks sistemdə yüzlərlə maddə yaradıblar. Yüzlərlə maddə ilə qadını alçaldır, yüzlərlə kişini ucaldırdılar. Bizim Quran əxlaqını göstərməyimizlə, bu fitnənin təsiri artıq azalacaq. Mehdi dövründə isə qadınlar üçün tam mənada qızıl əsr olacaq.
(A9 TV; 21 noyabr 2017)
Allah atomu necə mükəmməl təfərrüatla yaradırsa, hüceyrənin içində necə möhtəşəm işləyən sistem yaradırsa, arıların pətəklərini necə mükəmməl riyazi düzgünlükdə yaradırsa, ölümdən sonra həyatı da eyni mükəmməllikdə yaradacaq.
(A9 TV; 21 noyabr 2017)
Həqiqi sevgini yaşamağın yeganə yolu səmimiyyətdir. Hər şeyin açarı səmimiyyətdir. Səmimiyyət demək, vicdana müqavimət göstərməmək deməkdir. Vicdana qarşı məntiqi işlətdiyi zaman qapqara olar insan. İnsan həmişə vicdanını üstün tutmalıdır.
(A9 TV; 21 noyabr 2017)
Bosniyalılar bizim canımızdır. Türkiyənin böyük əksəriyyəti bosniyalıdır. Namuslu, nəcib, nəzakətli fəxr etmə səbəbimiz olan mübarək cəmiyyətdir. Hamısı evladı fatihandır. Çirkin söz işlədənlərə bu sözləri geri qaytarırıq.
(A9 TV; 21 noyabr 2017)
Allahın kafir yaratması, münafiq yaratması, müşrik yaratması möcüzədir. Tarix boyu bütün münafiqlərin eyni əlamətlərə malik olması möcüzədir. Peyğəmbərimiz (s.ə.v) dövründəki münafiqlərə baxırıq, Axırzaman münafiqləri ilə namərdliklərinin, tipsizliklərinin, oğurluqlarının, alçaqlıqlarının həmişə eyni olduğunu görürük.
(A9 TV; 21 noyabr 2017)
İnsanın tövsiyəyə, tənqidə açıq olması ağıllı olduğunu göstərər. Hər tənqidi Allah edər. Mömin tənqidi fürsət və nemət olaraq görməlidir. Qarşısındakını bütləşdirəndə o insana qəzəblənir, halbuki onu danışdıran da, tənqid edən də Allahdır. Mömin hər tənqiddən faydalanmalıdır.
(A9 TV; 20 noyabr 2017)
Möminin hədəfi hər zaman Allahı çox sevməkdir, Allahın rizasını qazanmaq və Allahın bizi sevməsini istəməkdir. Möminin bu hədəfində onunla birlikdə olanlar taledə yaradılmış insanlardır.
(A9 TV; 20 noyabr 2017)
Münafiq dini qəbul etməz. Onu təkcə göstəriş maraqlandırar. Heç kim görməyəndə namaz qılmaz. Lakin insanlar görəcəksə, namaza çox diqqət yetirirmiş kimi davranar. Münafiq möminlərlə münaqişə etmək üçün Quranı öyrənər və istifadə edər. Peyğəmbərimiz (s.ə.v); “münafiqlər Quranı öyrənər. Quranla elm əhli ilə mübarizə apararlar” deyə bildirir. Axırzaman münafiqləri də məhz öz murdar nəfslərini müdafiə etmək üçün axmaq və ağılsızcasına öz aləmlərində Qurandan müsəlmanların əleyhinə istifadə etməyə çalışarlar.
(A9 TV; 20 noyabr 2017)





