Şeytan mövhumatçılıqla elə kilidləmə sistemi meydana gətirib ki, “dindən qaçdığın üçün asanlıq istəyirsən” deyir. Bu iddia ilə ortaya çıxıldığı zaman da yaxşı niyyətli insanlar çətinlik olmasını dinin şərti hesab edirlər. “Bəs o çətinliyi tətbiq edə bilərsənmi?” deyirik, onu da tətbiq edə bilmirlər. Halbuki dinin asan olduğunu bildirən Allahdır. Allah insanlar üçün çətinlik istəməz.
(A9 TV; 21 noyabr 2017)
Mövhumatçılıq əslində qatı dindarlıq üçün bəlkə də yaxşı niyyətlə edilən lakin daxilən insanların dindən nifrət etməsinə səbəb olan şeytanın oyunudur. Yaxşı niyyətli insanlar Allah üçün hər cür çətinliyə razı olacağı üçün şeytan böyük oyun quraraq insanları əhatə edibdir. Mövhumatçılıq dinini yaşamaları təqdirdə insanları nəfəs ala bilməyəcək vəziyyətə gətirmiş, insanların dəstə-dəstə dindən uzaqlaşmasına səbəb olmuşdur.
(A9 TV; 21 noyabr 2017)
Mehdinin kim olduğunu zaman göstərəcək. İslam əxlaqı dünyaya hakim olduğu zaman, İslam Birliyi yarandığı zaman, müsəlmanların lideri olan və hz. İsa ilə birlikdə namaz qılan insanı gördüyümüz zaman; “Allahualəm bu insan Mehdidir” deyəcəyik.
(A9 TV; 21 noyabr 2017)
Zəka deyil, ağıl əhəmiyyətlidir. Fırıldaqçılar, tanınmış oğrular da çox zəkalıdır, lakin ağılsızdır. Ağıllı insan özünə və ətrafına zərər verməz. Ağlın mənbəyi Allahın haqq dinidir. Müsəlman üçün ağıllı olmaq üçün Qurandan başqa yol yoxdur. Qurana tabe olan və səmimi olan mütləq ağıllı olar.
(A9 TV; 21 noyabr 2017)
Münafiqlər Qalu-Bəlada axmaq olaraq yaradılmışdır. Münafiq dünyada da, axirətdə də alçaldılar. Möminlər axirətdə münafiqlərin vəziyyətinə gülürlər, dünyada da güləcəklər.
(A9 TV; 21 noyabr 2017)
Peyğəmbərimiz (s.ə.v) münafiqlərə qənimətlərdən heç vaxt pay vermirdi. Bu, münafiqlər üçün dəhşətli ürəkağrısı olurdu. Peyğəmbərimiz (s.ə.v) qat-qat varlanar və güclənərkən münafiqlər yolunmuş kaftar kimi, tükü yanmış donuz kimi, alnına axmaq damğası vurulmuş olaraq əsəbləri pozulmuş şəkildə sürünürdülər. Münafiqin axmaqlığı mömin üçün çox əyləndiricidir.
(A9 TV; 21 noyabr 2017)
Allah 300 münafiqi Peyğəmbərimiz (s.ə.v)-in əmrinə vermişdi. Gecə-gündüz növbə tutdular, bir boşqab xörəklə qapıda xidmət etdilər, döyüşlərdə iştirak etdilər. Rəsulullah (s.ə.v) və müsəlmanların heyrətamiz zəngin olmasına səbəb oldular. Peyğəmbərimiz (s.ə.v)-in şöhrətini hər yerə yaydılar. 20 il ərzində hz. Süleymanın şeytanları kimi Peyğəmbərimiz (s.ə.v)-ə xidmət etdilər. 20 il sonra mənfəətləri kəsiləndə, bir anda; “bağışlayın, səhv etmişik” dedilər. 20 il ərzində səhv etdiyini anlamayan çox axmaqdırlar. Peyğəmbərimiz (s.ə.v) dövründəki münafiqlər də, Axırzaman münafiqləri də axmaqlıqlarına doymasınlar.
(A9 TV; 21 noyabr 2017)
Hər cür mənəvi gözəllik çətinliklərlə qazanılar. Səbir, səxavət, şəfqət, sevgi, mərhəmət həmişə çətinliklərlə qazanılan gözəllikdirlər.
(A9 TV; 21 noyabr 2017)
Din düzgün başa düşülsə insanlar arasında dostluq, qardaşlıq, səmimilik və sevgi yaradar. Yanlış şərh edən insan dindən dəccaliyyət üçün istifadə edər. Doğru anlayan və vicdanlı olan isə mehdiyyət üçün istifadə edər. Dini doğru anlayanlar Axırzamanda həqiqi dinin bütün dünyaya hakim olmasına vəsilə olacaqlar.
(A9 TV; 21 noyabr 2017)
Uşaq olaraq axirətə gedənlər əbədiyyən uşaq olaraq qalar. Qaçar, gülər, oynayar, öz ruhunun tələb etdiyi kimi yaşayar.
(A9 TV; 21 noyabr 2017)





