Bütün güc-qüvvət Allahın əlindədir. Allahın icazəsi ilə sevgi məsələsində dünyaya liderlik etməyə, bütün dünyaya sevgi hakim olana qədər səy göstərməyə davam edəcəyik.
(A9 TV; 19 noyabr 2017)
Musəvilərin gözlədiyi Moşiyah, hədislərdə xəbər verilən Mehdidir. Mehdi həm müsəlmanların, həm xristianların, həm də musəvilərin mənəvi lideri olacaq. Mehdi gəldiyi zaman bütün insanlar sülh içində birlikdə qardaşcasına yaşayacaqlar.
(A9 TV; 19 noyabr 2017)
Mənfi halları görən insanlar adətən Allahın sənətini və təvəkkül etməyi bilməzlər. Hər tərs kimi görünən hadisənin xeyirli olduğunu bir çox insan bilməz. Allah müsəlman üçün şər yaratmaz. Möminsənsə hamısı xeyirlidir. Yemək töküldü yeyə bilmədim deyir, bəlkə zəhərlənəcəkdin. Yubandım avtobusa çata bilmədim deyir, kim bilir Allah nələrdən qoruyur. Mömin üçün heç bir işdə şər yoxdur.
(A9 TV; 19 noyabr 2017)
Allahla qopmaz əlaqənin yolunu tapan heç vaxt sıxılmaz. Lakin bunu düşünərək tapması lazımdır. Allah ilə əlaqənin yolunu tapan çox gözəl yaşayar.
(A9 TV; 19 noyabr 2017)
İngiltərə dərin dövləti münafiqlərdən istifadə edərək müsəlmanlara zərər verəcəklərini zənn edirdi. İstifadə etdikləri fırıldaqçıların, saxtakarların sayəsində biz İngiltərə dərin dövlətini tamamilə anladıq və ifşa etdik. Tələləri ayaqlarına dolandı.
(A9 TV; 19 noyabr 2017)
Qiyamət oldu və bitdi, biz hələ o zaman kəsiyinə gəlmədiyimiz üçün görə bilmirik. Fateh Sultan Mehmet dövrünü bəzi şüurlar yeni görür, başqa zaman kəsiklərində. Biz öz zaman kəsiyimizdə irəliləyirik və yaşanmış bitmiş olan Qiyamətə doğru gedirik.
(A9 TV; 19 noyabr 2017)
Allah ilə əlaqəsi olmayan həyat cansıxıcı həyatdır. İnsan restorana gedər, xizəklə sürüşər, avtomobil yarışlarında iştirak edər, lakin cansıxıcı həyatdan xilas ola bilməz, getdiyi hər yerdə sıxılar. Xoşbəxtliyin sirri sonsuz gözəl, sonsuz ağıl, sonsuz mərhəmət sahibi, sonsuz sənətkar olan Allaha tam bağlanmaqdır. O zaman insan kömürlükdə də yaşasa xoşbəxt olar. Quranın mahiyyəti insanları xoşbəxt etməyə əsaslanır və bu gözəlliklərin hamısı cansıxıcı həyatı aradan qaldırar.
(A9 TV; 19 noyabr 2017)
İnsanların həyatıma maraq göstərmələrinin səbəbi çox dindar, eyni zamanda çox zəngin ruha, dəlisov sevgi anlayışına sahib olmağımdır. Mövhumatçı olmamağım, dünyagörüşümün çox geniş olması, sənətkar ruhumun olmasıdır. Buna görə də, insanlar necə yaşadığıma çox sevgi və həyəcanla maraq göstərirlər.
(A9 TV; 19 noyabr 2017)
Münafiqlərdə Allahın dəlalətə salan və həlak edən isimləri təcəlli edər. Möminlərdə isə Allah bərəkəti ilə, salam, yaxşılıq, gözəllik, hidayət olaraq təcəlli edər.
(A9 TV; 19 noyabr 2017)
Ziyafət incəsənət sərgisidir. Təkcə yemək deyil. Hörmət, keyfiyyət və sevgi nümayişidir. Ziyafəti incəsənət ziyafəti kimi dəyərləndirmək lazımdır.
(A9 TV; 19 noyabr 2017)





