Rep gözəl musiqi növüdür. Rep musiqisində istifadə edilən sözlər sevgi, mərhəmət, dostluq, bacı-qardaşlıq, sülh mesajları daşıdığından təsiri də son dərəcə gözəl olar. Şeytan sevgidən bəhs edilməsini istəməz. Sevgidən bəhs edən hər cümlə, hər söz şeytana elmi yolla çəkic endirməkdir.

(A9 TV; 20 noyabr 2017)

Anlayışsızlıq və sevgisizliyi Dəccal təşviq edir. Mərhəmətsiz, sevgisiz, nifrət dolu üslub ucbatından incəsənət xadimləri, idmançılar bezir, insanların çoxu ölkə xaricinə getməyə üstünlük verir. İnsanların yaratma gücü qalmır. Sevgisizlik insanı taqətdən salar, qüvvəsini yox edər. Bütün insanlara sevgi ilə, şəfqətlə yanaşmaq lazımdır. Heç kim heç kəsə düşmən olmasın. İnsandan, partiyasına, ideyasına görə nifrət etmək müəyyən mənada ruhi xəstəlikdir. Bu nifrət çox mənasız və dəhşətlidir. Bu xəstəliyi əlbir olub aradan qaldıraq.

(A9 TV; 20 noyabr 2017)

Gələcəyə dair idealım İslam Birliyinin yaranması, qardaşlığın, sülhün, sevginin hər yeri bürüməsidir. Hər kəsin bir-birini öz bacı-qardaşı, anası, atası kimi qorumasıdır. İnsanların xoşbəxt yaşamasıdır. Kasıblığın aradan qalxmasıdır. Bütün insanların şən, həyəcanlı, incəsənətin, estetikanın, gözəlliyin ən gözəl halının olduğu mühitdə yaşamasıdır.

(A9 TV; 20 noyabr 2017)

Münafiqlərin demək olar ki, hamısı çoxbilmişdir. Allah onlara dəlillik tərzində ruh halı verir. Həm çoxbilmiş, həm də yalançı olurlar. Yalanda sərhəd tanımır, yalan söylədiyinin görüldüyünü də görə bilmir. Oğru, saxtakar, yalançı, fırıldaqçı münafiqlər həmişə bir-birini tapar. Bunların dostu, yaxın yoldaşı olmaz. Cəmiyyət bunların alçaq insanlar olduğunu bilər və uzaq dayanar. Bu münafiqlər ağızlarından selik, qan axaraq gəzən kaftar kimidirlər.

(A9 TV; 20 noyabr 2017)

Hörmətli İsmail Kahramanı, yenidən məclis sədri seçilməsi münasibətilə təbrik edirik. Bütün həyatı dürüstlüklə keçmiş, Ərbakan müəllimimizin çox sevdiyi möhtərəm insandır. Qara dənizin igidlərindəndir. Allah uzun, xeyirli ömür nəsib etsin, başımızdan əksik etməsin.

(A9 TV; 20 noyabr 2017)

Bağışlamaq xoşbəxtlik vericidir, sevindiricidir. Bağışlamamaq can yandırıcıdır, insanın sağlamlığını pozar, mühakimə qabiliyyəti pozular. Bağışlamaq bilavasitə insanın öz xoşbəxtliyi və ruh sağlamlığı üçün mühümdür. Bağışlaya bilməyən insan ruhi xəstə olar. Bir məsələni beyinə salıb unutmamaq əsəbləri alt-üst edər. Bağışlayıb hüzurlu yaşamaq əvəzinə əbəs yerə əziyyət çəkirlər. Vəsvəsə ilk bağışlamayanı vurar. Bağışlasan həm sən, həm də qarışındakı rahatlayar. Sənin qarşındakında narahat olduğun xüsusu da yaradan Allahdır. Cəmiyyət sənə bağışlamamağı öyrətdisə bu şeytanın çirkin müvəffəqiyyətidir. Şeytana tabe olub özünü alçaltmamalısan.

(A9 TV; 20 noyabr 2017)

Qarşılıqsız yaxşılıq etməyi təkcə İslam təmin edər. Eqoistlikdən xilas olmaq, qarşılıqsız hörmət, sevgi, yaxşılıq təkcə dinlə mümkündür. Dindən başqa yolla cəmiyyət korlanar, pozular, Allah qorusun.

(A9 TV; 20 noyabr 2017)

Cənnətdə peyğəmbərlərlə birlikdə olacağıq, eyni süfrələrdə, eyni məkanlarda olacağıq. Dünyada əziyyət çəkirlər, lakin cənnətdə əbədiyyən etibarlı, əbədiyyən çox sevilən olacaqlar maşaAllah. İmam Mehdi də cənnətdə çox seviləcəkdir. Peyğəmbərimiz (s.ə.v) Mehdi üçün; “cənnətin tovuz quşudur O” deyir.

(A9 TV; 19 noyabr 2017)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)