Allah insanı acizlik içində yaratmışdır. İmtahanın tələbi olaraq həyat asanlıqla Özünə çatılacağı kimi olmaz. Necə ki, maneəli qaçış yarışında cürbəcür maneələr vardırsa, insanın Allaha çatmasında da bənzər çətinliklər var. Dünyadakı bu yarışın çətin olması şərtdir. Asan olduqda dünyada təhsil almağımıza ehtiyac yoxdur. Çətin olması üçün də zehin dağınıqlığı, bədən yorğunluğu, insanların tərs danışıqları lazımdır, küfr əhlinin, münafiqlərin hücumu lazımdır, zəif insanların ümidsiz danışıqları lazımdır. Həmçinin Allah başqa pərdələr də yaradar. Məsələn, Axırzamana xüsusi olaraq dinsiz fəlsəfə minlərlə qoldan möminə hücum edir. Cürbəcür dinsizlik və dini pozacaq dini dəyişdirmə cərəyanları var. Mömin məhz bütün bunların arasından keçərək Allaha yaxınlaşır.

(A9 TV; 20 noyabr 2017)

Saytda axtarış
Müəllif haqqında

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (davamı…)