Münafiq müsəlmanları bölməyi istəyər və bir-birindən ayırmağa cəhd edər. Münafiq belə həmləyə keçdiyi zaman, müsəlmanların daha çox birləşməsinə vəsilə olar. Çünki möminlər müsəlman birliyinin dəyərini anlamış olar. Daha çox bir-birini sevər, daha çox bir-birini qoruyarlar.

(A9 TV; 20 dekabr 2017)

İnsanların böyük hissəsi Allahın mövcudluğunu qəbul edir, lakin Allahı sevməkdən uzaq durur. Bizə bu qədər çox nemət verən, hər yeri bəzəyən, bizi bu qədər sevən Allahı sevməmək çox böyük günahdır. Bu qədər gözəlliyə nankorluq etmək çox qorxuncdur. Bu faciədir. Bunun düzəldilməsi üçün bütün dünyanı xəbərdar edək. Allahı sevirəm deyən birini demək olar ki, heç eşitmirik. Biz Allahı canımızdan, varlığımızdan daha çox sevirik. Dünyadan bu fəlakəti aradan qaldırmaq üçün bütün qüvvəmizlə səy göstərəcəyik.

(A9 TV; 20 dekabr 2017)

Münafiqlər müsəlmanlardan ayrılanda müsəlmanların zəifləyəcəyini zənn edər. Halbuki Allah onların yerinə çox təmiz, güclü və qətiyyətli möminlər gətirər. Münafiq küfr əhlinə qarşı həqirdir. Mömin digər möminlərə qarşı təvazökar, küfr əhlinə qarşı sərtdir. Münafiq Allah yolunda səy göstərməz. Münafiq qınayanın qınamasından çox qorxar. Özləri qorxduğu üçün həmişə; “bax insanlar sizin üçün nələr deyir” deyərək müsəlmanları da narahat edəcəklərini zənn edərlər. (Maidə surəsi 54 – Ey iman gətirənlər! Aranızdan kim dinindən dönərsə, ALLAH (YERİNƏ) ÖZÜNÜN ONLARI SEVDİYİ, ONLARIN DA ÖZÜNÜ SEVDİYİ möminlərə qarşı təvazökar, kafirlərə qarşı isə “güclü və sərt”, Allah yolunda səy göstərən və qınayanın qınamasından qorxmayan cəmiyyət gətirər. Bu, Allahın lütfüdür, onu istədiyinə verər. Allah (rəhməti ilə) genişdir, biləndir.)

(A9 TV; 20 dekabr 2017)

Qadını əzməyin mədəniyyət təməlini yaratmaq üçün yüzlərlə saxta atalar sözü yaradıblar. Qadını, insanı cəhənnəmə sürükləyən, fəlakətlərin əsas mənbəyi, uğursuz, namazı pozan, döyülməsi lazım olan, ağlı olmayan, hər dediyinin tərsi edilməli olan varlıq kimi göstərmək üçün min illik şeytani mədəniyyət yaradıblar. Bu şeytani məntiqi qəbul etmirik, bu şeytanı zehniyyəti elmlə, irfanla aradan qaldıracağıq inşaAllah.

(A9 TV; 20 dekabr 2017)

Mən gənclərin Quranın meyarı çərçivəsində azad yaşamasını istəyirəm. Dinin azadlığından sonuna qədər istifadə edərək hər kəs rahat yaşasın istəyirəm. İnsanların üzərində onsuz da çoxlu yük var, daha çox yük qoymaq lüzumsuzdur. İnsanların azadlığını əlindən almaq, insanların sevincini, həyatını əlindən almaqdır. Rəsm yoxdur, keyfiyyət yoxdur, qadın yoxdur, əyləncə yoxdur, musiqi yoxdur, gülmək yoxdur, deyilən model şizofreniyalı quruluş yaranmasına səbəb olar. Gənclərin belə həyat yaşamasına imkan yoxdur. Biz dinin azadlıq olduğunu, bütün təzyiqləri aradan qaldırdığını insanlara yaşayaraq göstəririk.

(A9 TV; 20 dekabr 2017)

Osmanlı Peyğəmbərimiz (s.ə.v)-in əmanətlərini İstanbula gətirməklə, o dəyərli əmanətləri oğurluqdan qorumuşdur. İngiltərə dərin dövləti müqəddəs əmanətləri Londona apara bilməməyin acısını yaşayır. Söhbət haşa oğurluqdan deyil, oğurluqdan qorumadan gedir.

(A9 TV; 20 dekabr 2017)

İnsan, bədəninə şövq və həyəcan əmri verdiyi zaman bədən bu əmrə tabe olar. Məsələn, insan evində oturarkən, sənə miras qaldı deyilsə, heyrətamiz dərəcədə həyəcan bürüyür hər yerini. İnsanın istədiyi zaman özünü açması asandır. Həmişə sıxılıram, bezdim deyən insan bədəninə sıxılma və bezmə əmri vermiş olar. Allahın böyüklüyünü düşünən, şirkdən xilas olan insan isə dərhal açılar. Şirkə düşən insan sıxılmağa, bezməyə, həyəcansız yaşamağa məhkumdur. İnsan Allahı çox sevsə, Allah onu açar.

(A9 TV; 20 dekabr 2017)

İnsanlar oyanma hissinin itiliyi ilə ölümü dəqiq başa düşər. Mömin ölümdən dirildiyi zaman; “çətin yuxu gördüm, indi normal həyata keçdim” deyəcək. Aclıq, yoxsulluq, xəstəlik, dərd, əzab olmayan dünyaya oyandığı üçün, bu dünyada yaşadığı həyat çətin yuxu kimi gələcək ona. Ölümdən sonra heç bir anda mömin üçün narahat olacağı, qorxacağı ən kiçik hadisə belə olmaz.

(A9 TV; 20 dekabr 2017)

Quranla ziddiyyət təşkil etməyən hər sünnə gözəldir. Məsələn, yeməyə su ilə başlamaq sünnədir və faydalı gözəllikdir. Yeməkdən əvvəl əl yumaq sünnədir və doğrudur. Peyğəmbərimiz (s.ə.v) gül yetişdirirdi və həmişə yanında gül qoxusu daşıyırdı, bu da gözəllikdir. Saqqal sünnədir və gözəldir, lakin fərz deyil. Saqqalını kəsənin öldürülməsi deyə bir hökm qəbul edilməz. Sünnə ibadət deyil. İbadət Allahın əmridir, Allahın əmrinə əmr əlavə olunmaz.

(A9 TV; 20 dekabr 2017)

İnsanların çoxu imanın kafi olduğunu zənn edir. Allahı sevirsənmi deyə sual veriləndə; “bəli, əlbəttə” deyir. Belə olmaz. Çox coşğulu, dərin, həyəcanlı eşqlə Allahı sevmək lazımdır. Allahı zəif sevmək çox böyük vicdansızlıqdır, çox böyük anormallıqdır.

(A9 TV; 19 dekabr 2017)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)