Kasıbı xor görən insan əxlaqsızdır. Kasıbı xor görənlərin çoxu varlılara da kin bəsləyib həsəd aparar. Bu əxlaqsız insanların xüsusiyyətidir. Bu insanlar hər kəsə, bütün həyata düşməndirlər.
(A9 TV; 21 dekabr 2017)
Ən ağıllı diaqnoz Quran ilə qoyular. İnsan Quranı meyar götürmədikdə çox anormal varlığa dönər. Quranın rəhbərliyi olmasa insanlar məhv olar, heç nəyi diaqnoz edə bilməz. Buna görə də, Allah Quranla möminlərə yol göstərir.
(A9 TV; 21 dekabr 2017)
Səbir ibadət olaraq sevinclə edilən, insanın qəlbini fərəhləndirən, xoş duyğuları əks etdirən ifadədir. Səbir sabitlikdir. Dözüm, səbir deyil. Səbirdə hadisələri sakit dəyərləndirmə və ibadət ruhu ilə hərəkət etmə vardır.
(A9 TV; 21 dekabr 2017)
Münafiq cahil məntiqindən və çoxbilmiş saxtakar məntiqindən istifadə edər. Peyğəmbərimiz (s.ə.v) dövründə xalqa təsir edəcək, bədəvilərə təsir edəcək bir dil işlətdikləri üçün zəmin tapa bildilər. Xəlifələr dövründə ən böyük səhv, şeytan münafiq görünüşündə ayağına qədər gəldiyi halda, onu elmi yolla əzmədən buraxmaq olmuşdur.
(A9 TV; 21 dekabr 2017)
Qadın əvvəlcə qarşısındakı insanın etibarlı olmasını istəyər. Normalda qadın ilk bir-iki dəqiqə ərzində o insanın etibarlı olub-olmadığını anlayar. Əksəriyyətlə danışığı deyil, üzdəki ifadəni əsas götürərlər. Gözdəki ifadə, səs tonundakı səmimiyyət və üzün ümumi ifadəsi qadınlar üçün ən mühüm dəlillərdir.
(A9 TV; 21 dekabr 2017)
İngiltərə dərin dövlətinin Türkiyə və Yaxın Şərqə istiqamətli həmlələrinə diqqət yetirək. Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı Türkiyəyə qarşı təhrik etmə oyunlarını aradan qaldıraq. Türkiyə hər iki ölkə ilə də dostluğunu möhkəmləndirsin. Qardaş olaraq onlara sahib çıxsın. İran və Rusiya da bu məsələdə Türkiyəyə dəstək olsun. Bölgədə İngiltərə dərin dövlətinin təsirli olmasına elmlə, irfanla icazə verməyək.
(A9 TV; 21 dekabr 2017)
Siqaretin zərərlərindən hər yerdə bəhs edilməsi lazımdır. Gənclərin siqaret çəkməsi çox böyük bəladır. Bir növ millətə hücum hökmündədir. Siqaretin tamamilə qadağan edilməsi lazımdır. Lazım gələrsə bu məsələdə referendum təşkil edilə bilər.
(A9 TV; 21 dekabr 2017)
Süleyman Soylu, adı kimi soylu və igid dəliqanlıdır. Vətənpərvərdir. Dürüstdür. Özü əleyhinə qurulan tələlərə qarşı millət olaraq ayıq-sayıq vəziyyətdəyik. İngiltərə dərin dövlətinin çaqqallarının tələlərini elmlə, irfanla başlarına keçirdəcəyik.
(A9 TV; 21 dekabr 2017)
MHP, Türkiyənin göz bəbəyi olan partiyadır. MHP kökü çöldə olan strukturu heç vaxt qəbul etməz. MHP-ni öz zəif ağılları ilə parçalamağa çalışanların oyununa qarşı olduqca həssas və diqqətliyik. MHP ana südü kimi ağdır, tərtəmizdir. Bu gözəl partiyaya İngiltərə dərin dövlətinin tərəfdarlarının əlinin uzanmasına qanunla, hüquqla heç vaxt icazə verməyəcəyik.
(A9 TV; 21 dekabr 2017)
İngiltərə dərin dövləti hiyləgərcəsinə fəaliyyətlərini gizlədən strukturdur. 200 ildir ki, özünü quzu kimi göstərən əjdaha olaraq fəaliyyət göstərir. Bunların oyunlarına qarşı çox diqqətcil olmaları əhəmiyyətlidir. Xüsusilə siyasətçilər və bürokratların ayıq-sayıq olmaları lazımdır.
(A9 TV; 21 dekabr 2017)





