Münafiqlər müsəlmanlardan ayrılanda müsəlmanların zəifləyəcəyini zənn edər. Halbuki Allah onların yerinə çox təmiz, güclü və qətiyyətli möminlər gətirər. Münafiq küfr əhlinə qarşı həqirdir. Mömin digər möminlərə qarşı təvazökar, küfr əhlinə qarşı sərtdir. Münafiq Allah yolunda səy göstərməz. Münafiq qınayanın qınamasından çox qorxar. Özləri qorxduğu üçün həmişə; “bax insanlar sizin üçün nələr deyir” deyərək müsəlmanları da narahat edəcəklərini zənn edərlər. (Maidə surəsi 54 – Ey iman gətirənlər! Aranızdan kim dinindən dönərsə, ALLAH (YERİNƏ) ÖZÜNÜN ONLARI SEVDİYİ, ONLARIN DA ÖZÜNÜ SEVDİYİ möminlərə qarşı təvazökar, kafirlərə qarşı isə “güclü və sərt”, Allah yolunda səy göstərən və qınayanın qınamasından qorxmayan cəmiyyət gətirər. Bu, Allahın lütfüdür, onu istədiyinə verər. Allah (rəhməti ilə) genişdir, biləndir.)

(A9 TV; 20 dekabr 2017)

Saytda axtarış
Müəllif haqqında

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (davamı…)