Küfr əhli münafiqləri heç maraqlandırmaz. Təki müsəlmanlar dağılsın istəyərlər. Münafiq küfr əhli ilə iç-içədir və onları dəstəkləyər, müsəlmanlar isə fəaliyyət göstərməsin, dağılsın istəyər, bütün enerjisini bu yöndə sərf edər.

(A9 TV; 19 dekabr 2017)

Münafiq həyasız və üzsüz olduğu və din onun üçün əhəmiyyətli olmadığı üçün, münafiqlik məsələsini çox əhəmiyyətsiz görər. Mömin münafiqlik ehtimalı məsələsində heyrətamiz dərəcədə həssasdır. Münafiq isə çox ləyaqətsizdir və münafiqlik məsələsi onun üçün sanki zarafat kimidir.

(A9 TV; 19 dekabr 2017)

Sevgini bilən insanı tapdığın zaman dünyadakı ən böyük xəzinəni tapmışsan deməkdir. Səmimi sevgini bilən heç vaxt tərk edilməz. Əgər sevgini biləni tərk edirsənsə, Allah bir daha qarşına sevgini çıxartmaz, səni şeytan təkbətək qoyar. Sevgi çox incə və təfərrüatlı ağılla ortaya qoyulan böyük sənətdir. Allah sevgini hər kəsə nəsib etməz.

(A9 TV; 18 dekabr 2017)

Küsmək ağıllı hərəkət deyil. Qurana uyğun deyil. Qarşısındakı insanın müstəqil hərəkət etdiyini zənn etməkdən irəli gəlir. Hər şeyi yaradan Allahdır. Ağıllı dəyərləndirmə aparmaq lazımdır. Doğrunu söyləyərsən, düzəltməyə çalışarsan, lakin küsməyin mənası olmaz. Həyatın müvəqqətiliyini, taleyi, öz bədəninin həqiqi mövqeyini, qarşısındakı təsviri Allahın yaratdığını bilən, beynindəki təsvirlə danışdığından xəbərdar olan, küsməyin mənasız olduğunu bilər. Beynindəki təsvirə küsmək, baxdığın filmdəki bir xarakterə küsmək kimi gülməlidir.

(A9 TV; 18 dekabr 2017)

Münafiq gözlə görünən şeytandır. Şeytanı görmək və anlamaq istəyən münafiqləri müşahidə edərək bunu əldə edə bilər. Münafiqin göstərdiyi axmaqca zəka şeytana məxsusdur. Münafiq özünün zəkalı olduğunu iddia edər. Lakin bu şeytan zəkasıdır, həm dünyada məhv olmalarına, həm də cəhənnəmə getmələrinə səbəb olar.

(A9 TV; 18 dekabr 2017)

Mövlanaya aid olduğu iddia edilən kitablarda İslama konkret şəkildə zidd olan bölmələr var. Bu bölmələr bu kitablara sonradan başqası tərəfindən əlavə olunmuş ola bilər. Lakin açıqca İslamı rədd edən və homoseksuallığı, haram olan şərabı müdafiə edən bu bölmələr ingilis rumiliyi olaraq fəlsəfə halına gətirilmişdir. Bizim qarşı olduğumuz Anadolu mövləviliyi deyildir. Anadolu mövləviliyi dindar, mehriban, heç nəyə qarışmayan anlayışdır. İngilis rumiliyi isə İslamı aradan qaldırmaq üçün çıxardılmış batil fəlsəfədir.

(A9 TV; 18 dekabr 2017)

Cənnətdə maddə ağıllıdır və hamısı insanın lehinə hərəkət edər. Məsələn, ağac yoldadırsa müsəlman keçərkən kənara çəkilər. Cəhənnəmdə də hər maddə oradakıların əleyhinədir. İnsan keçərkən ağac budağını boynuna dolayar, daş gəlib ayağına dəyər.

(A9 TV; 18 dekabr 2017)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)