Ərəblərlə türklər qardaşdırlar. Bizi bir-birimizdən ayırmağa çalışan İngiltərə dərin dövlətinin oyununa düşmərik. Buna görə də, bir səhv olduğu zaman təkcə o səhvi edənin məsul olduğunu vurğulamaq əhəmiyyətlidir. Bir cəmiyyəti, xalqı, irqi kütləvi halda ittiham etmək doğru olmaz. Ərəb, kürd, türk, bosniyalı, hamımız birlikdə qardaş olacağıq, İslam Birliyini yaradacağıq inşaAllah.
(A9 TV; 21 dekabr 2017)
Münafiq qorxaq və ürəksiz olduğu üçün həmişə cəsarəti gündəmdə saxlayar. Cəsarətdən danışmaq münafiqin ən bariz əlamətlərindən biridir.
(A9 TV; 20 dekabr 2017)
Müsəlmanın hər cür gücü və qüdrəti münafiqə iztirab verər. Münafiqlərin hər hücumunda möminlər bir-birilərinin dəyərini daha yaxşı anlayar, bir-birilərini daha çox sevərlər. Möminlərin sevgisinin güclənməsi münafiqlərin içini yandırıb yaxar. Hz. Əlini, Osmanı, Həsəni, Hüseyni şəhid edənlər münafiqlərdir. Səbəbi də onların gücünə, qüdrətinə duyduqları həsəddir.
(A9 TV; 20 dekabr 2017)
Münafiq hər an özünün ləyaqətsiz, şərəfsiz olduğunu bildiyi üçün bütün müsəlmanları tezliklə dağıtsa bundan xilas olacağını düşünər. Ləyaqətsiz, qorxaq olduğunu bilmək münafiqdə həmişə psixoloji gərginliyə səbəb olar. Bu gərginlikdən xilas olmaq üçün özünün cəsarətli olduğunu, müsəlmanların tezliklə dağılmasının lazım olduğunu söyləyər. Bir çox ittihamlar edər. Bu ittihamların səbəbi yaşadığı əzabı yüngülləşdirmək səyidir.
(A9 TV; 20 dekabr 2017)
Qadın təhlükəsiz və hüzurlu mühitdə olduğuna inanarsa, namusuna, iffətinə, şərəfinə zərər gəlməyəcəyini anlayarsa güc, qüvvə qazanar. Ehtiras və eşq olduğu zaman, qadının dərisindən, səsindən, gözündən, aurasından dərhal başa düşülər. Allah sevgisinin və Allah qorxusunun olduğu mühit qadın üçün ən gözəl yaşanacaq mühitdir.
(A9 TV; 20 dekabr 2017)
Ərəb-türk qardaşdır, ərəb-türk dostdur. Biz ərəbləri sevirik, onlar bizim canımızdır. Vaxtında İngiltərə dərin dövləti ilə kim əməkdaşlıq edibsə o əxlaqsızlıq etmişdir. Cinayətin şəxsi olma prinsipi vardır. Keçmiş nəsillərin etdiyindən bütün ərəblər məsul tutulmaz. Biz ərəblərlə hər zaman qardaş olacağıq, birlik olacağıq. Bizim üçün bütün irqlər dəyərlidir. Hökumətin ərəblərlə dostluq siyasəti doğrudur, əməkdaşlıq etməyimiz, ittifaq etməyimiz doğrudur. Ərəblərlə türklərin münasibətlərinin korlanması İngiltərə dərin dövlətinin oyunudur. Heç kim bu oyuna düşməməlidir.
(A9 TV; 20 dekabr 2017)
Beynin içinə baxmaq imanı çox dərinləşdirər. Beynin içinə baxan insan maddəyə dair bütün inancını başdan nəzərdən keçirəcək. Bütün kainatı mərcimək boyda yerin içində görürük. Bunu görən insanın iman gətirməməyi qeyri-mümkündür.
(A9 TV; 20 dekabr 2017)
Quranda bəhs edilən sevgi, həqiqi sevgidir. Sevgi 7-ci hissdir, insanların çoxu bu əsas hissi bilməz. Quran sevginin alt strukturundan və sənətindən bəhs edər. Necə sevgiyə nail olacağımızı göstərər. Evin ünvanını göstərər, vasitəni də göstərər. Quran yolları göstərdiyi üçün gedər sevgini tapar və coşğu ilə yaşayarıq. Sevgi ən yüksək əsas duyğudur, görməkdən, eşitməkdən, hər şeydən üstündür və kainatın yaradılış səbəbidir.
(A9 TV; 20 dekabr 2017)
Hz. Osmanı, əhli-beyti şəhid edən münafiqlərin bədənindən istifadə edən şeytanla Axırzaman münafiqlərinin bədənindən istifadə edən şeytan eynidir. Münafiq ölər bədəni cəhənnəmə gedər, lakin bədənini işğal edən şeytan Qiyamətə qədər fəaliyyətə davam edər.
(A9 TV; 20 dekabr 2017)
Münafiqlərdə kaftar xarakteri var. Kənardan müsəlmanların fəaliyyətlərini təqib edərək, axmaq xırıldamalarla həmlə etməyə çalışarlar. Əgər münafiqlərə Quranda bildirilən tədbirlər tam alınsa, münafiqlərin təsirli olması heç vaxt mümkün olmaz.
(A9 TV; 20 dekabr 2017)





