İnsanın nankorluğu düşmən bilməsi və onunla mübarizə aparması lazımdır. Nankorluq hiyləgər əxlaq pozuntusudur. Dünyadakı bədbəxtliyin əsas səbəbi insanların Allaha qarşı nankorluğudur. Çox insan “inanım, yoxsa inanmayım?” düşüncəsindədir. Allahı sevməyə yanaşmırlar. Bir insana təkcə bir hədiyyə verilsə, səhər-axşam həmin insana təşəkkür edər, sevər, boynuna atılarlar. Lakin Allahı sevməyə haşa yanaşmırlar.
(A9 TV; 19 dekabr 2017)
İnsanların bir hissəsi hər şeyi yaradanın Allah olduğunu görür, lakin haşa ikinci məsələ kimi görür. Halbuki insanın bütün diqqətinin Allahda olması lazımdır. İnsanlar Allaha uzaq olduqları üçün dünya can yandırıcı olur. Allaha uzaq olmaq çox böyük ayıb və yanlışdır. Allaha iman gətirənlərin hər şeyləri ilə Allahdan yana olmaları və Allahı çox güclü müdafiə etmələri çox əhəmiyyətlidir.
(A9 TV; 19 dekabr 2017)
Şeytanın qadınlara kinli olmasının səbəbi istəmədiyi hər şeyin qadında olmasıdır. Şəfqət, səbir, ehtiras, sevgi, incəsənət. Şeytan bunların hamısına şiddətlə qarşıdır. Buna görə də, qadını təzyiqi altına almaq üçün əlindən gələni edər. Sol ideologiya içində də sağ düşüncə içində də qadının haşa ikinci dərəcəli varlıq olaraq görünməsi şeytanın mütəşəkkil hərəkətidir. Sol rejimlərdə qadın mexanikləşmişdir, ruhunu itirmişdir. Qadın kişi edilərək çökdürülər. Mövhumatçı quruluşda isə qadın tamamilə əzilərək, alçaldılaraq, insan yerinə qoyulmayaraq tamamilə iflic edilər.
(A9 TV; 19 dekabr 2017)
Həsrət, Allahın yaratdığı xüsusi duyğudur. Beləliklə görüşə bilməmək əleyhinə olmur, həsrət sevginin daha da artmasına vəsilə olur.
(A9 TV; 19 dekabr 2017)
Şeytan qadınlardan və qadın gözəlliyindən nifrət edər. Bir çox rəvayətdə qadın şeytan kimi göstərilər. Bunu insanlara təlqin edən şeytandır. Şeytanla qadının iç-içə kimi göstərilməsi, cəhənnəmin 99%-nin qadınlardan ibarət olduğuna dair xurafatların hamısı şeytanın uydurmalarıdır.
(A9 TV; 19 dekabr 2017)
Müsəlmanların arasındakı bütün anlaşmazlıqları aradan qaldırmaq lazımdır. İran və Səudiyyə Ərəbistanı iki qardaş ölkədir. Yəməndəki müharibəni tezliklə bitirmək lazımdır. Müsəlmanlar Qurana görə qardaşdırlar. Bu qardaşlığı lazımınca yaşamaq əhəmiyyətlidir.
(A9 TV; 19 dekabr 2017)
Münafiq, şeytanın ətə, sümüyə bürünmüş formasıdır. Şüuru qapalıdır, kompüter kimi özünə yüklənmiş şeyləri edər. Necə şeytanın tövbə etməsi deyə bir məsələ yoxdursa, münafiqin də dönüşü yoxdur. Qayya quyusunun dibinə yuvarlanaraq düşər.
(A9 TV; 19 dekabr 2017)
İnsanın Allaha nə qədər sevgisi vardırsa, Allah onu o qədər sevər. İnsan Allah ilə nə qədər maraqlanırsa, Allah onunla o qədər maraqlanar.
(A9 TV; 19 dekabr 2017)
Allaha diqqəti çox yaxşı yönəltmək lazımdır. Səmimi diqqət, səmimi sevgi, səmimi təslimiyyət əhəmiyyətlidir. İnsan gün ərzində hadisələrin təsiri ilə tez-tez diqqətini itirə bilər. Əgər insan diqqətini Allahdan yayındırmasa, bir çox gözəlliyə nail olar. Allahın bizdən nə istədiyini, ən mühüm gördüyü məsələləri Qurandan öyrənirik. Tam diqqətimizi Allaha yönəltdiyimiz zaman Quranı aydın şəkildə başa düşərik.
(A9 TV; 19 dekabr 2017)
Münafiqin ləyaqətsiz və şərəfsiz olduğunu hər kəs bilər. Küfr əhli də münafiqlərin alçaq olduğunu bilər. Buna görə də, münafiqlərin yanına heç kim yanaşmaq istəməz. Quranda Samirinin təkbaşına buraxılması, münafiqlərin murdarlığı və iyrəncliyindən ötrü tənhalığa məhkum olmalarına işarə edən ayədir.
(A9 TV; 19 dekabr 2017)





