Ayələrdə Allah və Elçisi birlikdə keçər. Qurana görə Peyğəmbərə xəyanət, Allaha xəyanətdir. Münafiqlərin əsas dərdi Allahdır. Allaha kinlidirlər. Lakin bunu açıqca söyləyə bilməzlər. Peyğəmbər vasitəsilə Allahı tənqid edərlər. Münafiq Allaha kinli olduğu üçün Peyğəmbərə və möminlərə hücum edər, lakin bunu edərkən Allahın adından istifadə edər və Allaha olan qəzəbini gizlətməyə çalışar. Açıqca Allahı tənqid etdiyini söyləsə xalq bunların alçaq olduğunu görəcəyi üçün bu çirkin üsulu tətbiq edər. Ayələrdə bu fitnəni aradan qaldırmaq üçün “Allaha və elçisinə” deyə bildirilər və Peyğəmbərə üsyan edənin Allaha üsyan etdiyi xəbər verilər. (Nisa surəsi, 14: Kim Allaha və elçisinə üsyan etsə və onun sərhədlərini aşsa, onu da içində əbədi qalacağı oda salar. Onun üçün alçaldıcı əzab vardır.)
(A9 TV; 26 dekabr 2017)
Münafiqlər Peyğəmbəri adi insan kimi görər və həmişə ağılsızcasına tənqid edərlər. Bu tənqidlərini də çox böyük axmaqlıqla edərlər. Sadə məntiqlə baxar, Peyğəmbərin, Allahın dəstəkləyib qoruduğu xüsusi insan olduğunu görməzlər. Peyğəmbərə tabe olan möminləri də ağılsız kimi görərlər. Saatlarla, səhifələrlə, Peyğəmbərə tabe olan möminlərin guya ağılsız, dərin düşünməyən olduqlarını, onların səhvlərini qeyd edərlər, yazarlar. Peyğəmbərə itaət edən möminlərin yalançı olduğunu sübut etməyə çalışarlar. Bu zaman yalançı olmalarını, şəxsiyyətsiz olmalarını, alçaqlıqlarını göstərərlər. (Hud surəsi, 27: Qövmündən qabaqcıl inkarçılar: “Biz səni təkcə bizim kimi insan hesab edirik; sənə, təkcə dayaz fikirli olan ən alçaqlarımızın tabe olduğunu görürük və sizin bizdən üstünlüyünüzü də görmürük. Əksinə, biz sizi yalançı hesab edirik” dedi.)
(A9 TV; 26 dekabr 2017)
Din əleyhinə məntiq formalaşdırmaq bir çox insanın danışarkən etdiyi ciddi səhvdir. Münafiqliyin qapısı belə açılır. Münafiq məntiqlə düşünüb məsələni adiləşdirər. Peyğəmbər Allah tərəfindən dəstəklənən xüsusi insan olduğu halda onu adi insan hesab edər. Oradakı metafizikanı görə bilmədiyi üçün məntiqlə dəyərləndirib azar. Dinin bilavasitə Quranla dəyərləndirilməsi, Qurandan güzəşt edilməməsi lazımdır. Məntiqlə hərəkət edildikdə doğru yoldan azma olar. Qurandakı məntiq nədirsə konkret tətbiq edilməsi lazımdır. O şərhə açıq olmaz.
(A9 TV; 26 dekabr 2017)
Münafiq çox axmaqdır, Allahı tənqid edərkən Allahı inkar etdiyini belə bilməz. Peyğəmbərimiz (s.ə.v) dövründə münafiqlər; “Məhəmməd kasıbdır, yetim insandır. Quranın iki şəhərin varlılarından birinə endirilməsi lazım deyildimi?” deyirlər. Burada bir çox varlı insan olduğu halda, Allah niyə ona elçilik verir ki, varlı biri İslamı daha yaxşı yayar” deyirlər. Bunu deyərkən Allahı tənqid edib Allahı inkar etdiklərini qavraya bilmirlər. (Zuxruf surəsi, 31-32: Və dedilər ki: “Bu Quran iki şəhərdən birinin böyük adamına endirilməli deyildimi?” Sənin Rəbbinin rəhmətini onlar bölüşdürürlər? Dünya həyatında dolanışıqlarını aralarında Biz bölüşdürdük və onların hissəsinin (digər) hissəsini özünə bağlaması üçün, bir hissəsini digər hissəsinin üzərində dərəcələrlə yüksəltdik. Rəbbinin rəhməti; toplayıb yığdıqlarından daha xeyirlidir.)
(A9 TV; 26 dekabr 2017)
İslamda Allaha, Kitaba, Peyğəmbərə hüsnü-zənn var. Bilavasitə onların yaxşılığı, gözəlliyi və mükəmməlliyini qəbul edərək hərəkət etmək vardır. Münafiqlərdə isə Allaha, Kitaba, Peyğəmbərə həmişə tənqid gözüylə baxmaq vardır. Bunu da ağlasığmaz çirkin üslubla edər və müstəqil düşündüklərini iddia edərlər. Allaha çirkin məntiqlə baxarlar. Quranda bir çox ayə münafiqlərin alçaqlığına və namərdliyinə cavab olaraq endirilmişdir. Bir çox ayə münafiqlərin alçaq sözlərinə tədbir olaraq endirilmişdir. Məsələn, Peyğəmbər əzilən qadınları, uşaqları düşünərək səhər tezdən döyüşə çıxacağıq deyir. Münafiqlər məntiqlə baxaraq: “Bu istidə döyüşə çıxılar? aramızda çətin vəziyyətdə olanlar var, Peyğəmbər bunu belə görə bilmir” deyirlər. Qəlbində xəstəlik olanlar da: “Bax bunu heç düşünə bilmədik, həqiqətən Peyğəmbər səhv edir” deyə, onlara tabe olurlar. Müsəlman Allaha, Qurana, Peyğəmbərə tənqid gözüylə baxmaz. Etdiyi hər şeyin xeyir olduğunu bilərək baxar və hərəkət edər.
(A9 TV; 26 dekabr 2017)
Münafiqlər əsas Allaha qarşıdırlar, lakin əvvəlcə Peyğəmbərə və ya möminlərin o dövrdə lideri olan insana hücum edərlər. Peyğəmbərimiz (s.ə.v) dövründə də əvvəlcə Peyğəmbərə hücum etdilər. Sonra Əli, Həsən, Hüseyn, Osman, hamısını şəhid etdilər. Sonra Allahın vəhyinə hücum etdilər. Xurafatları ortaya qoydular. Ayəni şeytanın yediyini Quranın bəzi hökmlərinin qüvvədən düşdüyünü iddia etdilər və Qurana əlavə hökmlər gətirdilər. Münafiqlər bütün bunları Peyğəmbəri tənqid edərək etdilər.
(A9 TV; 26 dekabr 2017)
Eqoistliklə fədakarlıq toqquşduğu zaman imanı zəif insanlar eqoistliyi seçər. Vicdanla məntiq toqquşduğu zaman vicdanı seçmək üçün din lazımdır. Yaşlı, ehtiyac içində olan birini görür, pulunun ən azı yarısını verməli lazım ikən; “mənə nə dəxli var, kömək edəcək insan təkcə mənəm? Məndən daha varlıları var” deyib vermədən gedir. Bunu etdiyi andan etibarən əziyyət və həmişə itirəcəyi həyata başlayar. Çox qazanacağını zənn edər ikən ağlasığmaz itkiyə məruz qalar.
(A9 TV; 26 dekabr 2017)
İngiltərə dərin dövləti Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistan, Küveyt, Türkiyə arasında müharibə başlasın istəyir. Biz İngiltərə dərin dövlətinin təhriki ilə müsəlmanlarla müharibəyə girmərik. Ərəb qardaşlarımızın tənqidi vardırsa edərlər, biz də elmi yolla cavabını verərik. Lakin bu cür məsələlərdən ötrü hər hansı münaqişə baş verməsinə imkan vermərik. İngiltərə dərin dövlətinin bu oyununa düşmərik.
(A9 TV; 26 dekabr 2017)
Müqəddəs əmanətlərin İstanbula gətirilməsi bütün İslam aləminin şərəfinin qorunması üçündür. Biz əmanətlər bizimdir demirik. Bütün İslam aləmi üçün əmanət olaraq burada güvəndə saxlayırıq.
(A9 TV; 26 dekabr 2017)
Allahın imtahanı hər zaman ədalətlidir. Biz Allahın sirlərini tam başa düşə bilmərik. Zamanın nə olduğunu bilmirik, harada olduğumuzu tam olaraq bilmirik. Zaman və məkanın mütləq olduğu zənn edilirdi, hər ikisinin də hiss olduğu, beynin şərhi olduğu aydın oldu.
(A9 TV; 26 dekabr 2017)





