Dini mövzularda zarafat olmaz. Dini mövzularda zarafatlar edən insana bunun narahatedici olduğunu nəzakətli şəkildə dərhal həmin anda ifadə etmək lazımdır.
(A9 TV; 27 dekabr 2017)
Eşq yarası məsələsini bacı-qardaşlarımız səhv bilirlər. Eşq yarası verən duyğu deyil. Eşq Allahın insana 7-ci hiss olaraq verdiyi xoşbəxtlik və sevinc bəxş edən çox gözəl nemətdir. Lakin Allahı unudub qarşındakı insanı bütləşdirsən o zaman bu sənə əzab verən sistemə dönər.
(A9 TV; 27 dekabr 2017)
Ən mühüm təhsili dünyada alırıq. İnsanların bir hissəsi dünyanın bu cəhətinin nə qədər əhəmiyyətli olduğunu başa düşmür. İgidlik, fədakarlıq, səbir, təkcə burada olan gözəlliklərdir. Dünyanın dəyərini bu cəhətdən yaxşı bilmək lazımdır.
(A9 TV; 27 dekabr 2017)
Türkiyənin Səudiyyə Ərəbistanla münasibətlərinin dostcasına və güclü olması əhəmiyyətlidir. Vəhhabilərə şəfqətlə yanaşmaq lazımdır. İran və Səudiyyə Ərəbistanının dostluğunu təmin etsək İslam Birliyi üçün çox əhəmiyyətli addım olar. İki günlük dünyada razılaşa bilməyəcəyimiz nə ola bilər? Ortaq məxrəcdə ittifaq etməklə məsuluq. Hər şeyimiz birdir, qardaş kimi yaşamamaq üçün heç bir səbəb yoxdur.
(A9 TV; 27 dekabr 2017)
Dini yaşanmaz hala gətirən şeytandır. Şeytanın iddiası insanların Allahın dəyərini bilməyəcəyidir. Bu iddiasını reallaşdıra bilmək üçün insanları dindən uzaqlaşdırmağın hər yolunu sınayır. Darvinizmlə hücum etdi, elmi yolla çökdürdük. İngilis rumiliyi ilə hücum etdi, lazımi elmi cavabı verdik. Mövhumatçılıqla hücum etdi, Quranla əsassızlığını sübut etdik. Şeytanın bu oyunlarına qarşı bu əsrdə müsəlmanlar qələbə qazanacaq. Bu əsrdə şeytanın məğlub edilməsinə bütün dünya şahid olacaq inşaAllah.
(A9 TV; 27 dekabr 2017)
Dəccaliyyət Yaxın Şərqdə həmişə müharibə və parçalanma istəyir. İran və Türkiyəni savaşdırmaq istədilər, elmlə, irfanla buna mane olduq. Müsəlmanların musəvilər və xristianlarla aralarını vurmağa çalışırlar, buna da imkan vermərik. Qurana görə onlar Kitab əhlidir. Allah Kitab əhlinə nə deməyimizin lazım olduğunu, necə yaxınlaşmağımızın lazım olduğunu Quranda bildirmişdir. Onlar bizə hz. İsa və hz. Musanın əmanətidir. Allahın açıq əmrinə baxmayaraq, Kitab əhlinə hücum etmək, ibadətgahlara zərər vermək, onları təhqir etmək haram olar. (Ənkəbut surəsi, 46: Aralarında zülm edənləri istisna olmaqla, Kitab əhli ilə ən gözəl şəkildə mübarizə aparın və deyin ki; “bizə və sizə nazil edilənə iman gətirdik; bizim ilahımız da, sizin ilahınız da birdir və biz Ona təslim olmuşuq”.)
(A9 TV; 27 dekabr 2017)
Yüksək ağıl İngiltərə dərin dövlətidir. Gizli və xüsusi qruplaşmadır. Başlarında metafizik xüsusiyyətlərə sahib olan, hipnoz, cadu kimi üsullar tətbiq edən Dəccal var. Bu cür dəccaliyyət bilgiləri nəsildən-nəslə ötürülərək keçir. Dəccaliyyət də təriqət kimidir. Firon dövründəki sehrbazların qabiliyyətləri nəsillər boyu bu günə qədər ötürülərək gəlir.
(A9 TV; 27 dekabr 2017)
Şeytanda din, Quran tərbiyəsi yoxdur. Arsız üslubdan istifadə edir. Axmaqcasına, haşa, Allaha ağıl verər. Üslubu çox ədabazdır. Münafiqlərdə də bu arsızlıq eyni şəkildə var. Lovğalanarlar və özlərinin xeyirli olduğunu iddia edərlər. Halbuki hər anları şərdir.
(A9 TV; 27 dekabr 2017)
Küçədə insanlar bir-birilərinə salam verməyə belə çəkinirlər. Biri salam desə, bunu təhdid kimi görürlər. Sevgi mühiti olmadıqda insanlar hər kəsdən çəkinir. Bayram əhval-ruhiyyəsi içində hər kəsin bir-birinə hörmət, sevgi, ehtiram göstərdiyi mühit olması lazımdır.
(A9 TV; 27 dekabr 2017)
Cənnət əhlinin sayı Allah dərgahında məlumdur. Bu say nə artar, nə də azalar. Cənnət əhlinin sayı çox deyil. Təkcə Allahın ruhunu daşıyanlar cənnətə gedəcək.
(A9 TV; 27 dekabr 2017)





