Vəsvəsəyə heç vaxt fikir verməmək lazımdır. Fikir vermədiyin müddətcə vəsvəsənin heç bir təsiri yoxdur.
(A9 TV; 27 dekabr 2017)
Dünya iki cür qavranılacaq kimidir. Bir metafizik cəhətdən, bir də əhli dünya gözü ilə, həyatın həqiqətləri gözüylə görüləcək kimidir. Müsəlman metafizik gözlə baxar. O zaman o metafizik gizli qanunlar fəaliyyətə keçər, mömin müvəffəqiyyətli olar. Əhli dünya gözü ilə baxıldığı zaman əhli dünyanın gizli, qaranlıq qanunları fəaliyyətə keçər və o insanı əzər. Peyğəmbərlər mütləq müvəffəqiyyətli olur, Əbu Cəhillər mütləq batır. Bu gizli sistemdir, Allahın xüsusi qanunudur. Bu gizli metafizik cəhəti görən mömin Allah ilə dost olar, Allah ilə birlikdə hərəkət edir.
(A9 TV; 27 dekabr 2017)
Həyat, yaxşı və pis anlayışı olduğu zaman məna qazanar. Hər yer yaxşı olsa, yaxşının və gözəlin başa düşülməsi mümkün olmaz. Pis olacaq ki, yaxşının dəyəri aydın olmalıdır. İnsanın keçdiyi əzablar, çətinliklər, əziyyətlər içində Allahı heç vaxt tərk etməməsi, Allaha həmişə dost olması ehtirasın və eşqin ortaya çıxmasını təmin edər. Dünyada eşqin və ehtirasın təhsilini alırıq, buna tam layiq olduğumuz zaman Allah axirətə alıb əbədiyyən ehtirası yaşadır. Əbədiyyətdən söhbət getdiyi üçün insanın mütləq ali kamilliyə nail olması lazımdır.
(A9 TV; 27 dekabr 2017)
Müsəlmanlıq deyildikdə insanların ağlına qızılgül şərbəti, mövlud oxunması, yaşlı əmilər, baxımsız qadınlar, təhsilsiz cahil insanlar, ən kiçik səhvə görə ölüm cəzası verən dəhşət sistemi gəlir. İslamı yaşadığı zaman həyatın bütün gözəlliklərinin əlindən alınacağını zənn edir. Yastı havasız məscidlər, yaşlı babalar, nə deyildiyi başa düşülməyən mövlud səsini xatırlayır. Halbuki İslam yaşandığı zaman super keyfiyyətli gənclər, əyləncə, şənlik, musiqi, rəqs, ən kiçik bir şey olanda bir-birinə yardımçı olan, heç kəsin kimsəni pərt etmədiyi, həmişə dostluq və yoldaşlıq əlaqəsi olan, heç kəsin namusuna, şərəfinə zərər gəlməyən, gənc qızların gecə yarısında güvən içində küçədə gəzdiyi, ultramüasir xəstəxanalar, ultramüasir restoranlar, zövqlü əyləncə məkanları olan, hər kəsin namazını qıldığı, ibadətini sevinclə etdiyi, gözəlliklər üçün şükür etdiyi, həyatın mükəmməl yaşandığı sistem olmalıdır.
(A9 TV; 27 dekabr 2017)
İnsanlar cahil cəmiyyətin lazımsız qaydaları ilə özlərinə zülm edirlər. Allah insanlara zülm etməz, insanlar özlərinə zülm edərlər. Dünyada inanılmaz ağrı-acı var, lakin bu ağrı-acıların təməlində insanların özlərinə qoyduqları qaydalar, təzyiqlər var. Gecə-gündüz depressiya dərmanları ilə ancaq dayanırlar. İslam əxlaqı yaşandığı zaman isə insanların hər cəhətdən zəmanəti tam olur. Gələcək qorxusu aradan qalxır. Lazımsız adətlər, qaydalar, təzyiqlər aradan qalxır. Hazırda insanlar gələcəyini zəmanət altına almaq üçün sığorta etdirirlər. İslam əxlaqı tam yaşandığı zaman hər mömin başqa möminin sığortasıdır. 83 milyon insanın hamısı 1 nəfərin zəmanəti olar.
(A9 TV; 27 dekabr 2017)
Təvəkkülü artırmağın yolu Allahı heç vaxt unutmamaqdır. Allahı düşünməyin iki cəhəti var. Bir cahil düşünmə forması var, yeməyini yeyər Allaha həmd edər, televiziyada Suriyadakı hadisələri izləyər, lakin bu ona heç təsir etməz. Onu təkcə qızının toyu, ertəsi gün ödəyəcəyi qəbzlər maraqlandırar. Lotereya bileti alar; “Allah bağışlayar” deyib keçər. Məktəblərdə darvinizmin, materializmin öyrədilməsini çox normal qarşılayır, lakin 5 vaxt namazını da qılır. Bir də Allahın mövcudluğunun möhtəşəm güc olaraq dünyaya hakim olduğunu görüb, heyranlıq içində qalıb Allahı diqqətlə təqib etmək vardır. Bunda Allah ilə kəskin diqqətlə əlaqə vardır. Allahın istədiyi də budur. Normal ağlın normal nəticəsi budur. Allah ilə ağıllı əlaqə yaradıldığı zaman insan çox rahat yaşayar. Yorucu olan əxlaqsızlıqdır, adamlıq dinidir. Çünki bunların çoxlu lazımsız qaydaları var. Cahil cəmiyyətin qaydaları, ənənələri, adətləri insanın taqətindən çox üstündür. Dünya həyatı ilə boğuşma da işə düşdükdə bir çox insanın həyatı yaşanmaz hala gələr.
(A9 TV; 27 dekabr 2017)
Şeytanın heç xoşlamadığı şeylərdən biri incəsənət, qadınlar və sevincdir. Həm faşist, həm də kommunist ideologiyalara sevgisizliyi, sənətsizliyi, donuq və sevincsiz həyatı öyrədər. Eynilə, ənənəçi ortodoks sistemdə də incəsənət əleyhinə olan vəziyyət şeytanın təlqini ilə hakimdir. Mehdiyyət dövrü isə incəsənətin ən yüksək səviyyədə yaşanacağı dövr olacaq.
(A9 TV; 27 dekabr 2017)
Müsəlmanların tezliklə birləşməsi lazımdır. Heç kimin kiməsə üstünlük iddiası olmamalıdır. Biz sadəcə dostcasına və qardaşcasına birlik istəyirik. Saf sevgi və qardaşlıq üzərində qurulmuş anlayışdan başqa heç bir çözüm olmaz. Bu da təkcə mehdiyyətlə mümkündür. Müharibə və bilək gücünə əsaslanan struktur mütləq fəlakət gətirər. Ön şərtsiz dostluq müqavilələri bağlayaq. Ön şərt olduqda qardaşlıq olmaz. İsrail də, Rusiya da Yunanistan da bizim övladlarımız deməliyik, hər kəsi bağrımıza basmalıyıq. Kürd, türk, ərəb ayrı-seçkiliyi heç vaxt etməməliyik.
(A9 TV; 27 dekabr 2017)
Suriya məsələsində İran, Rusiya, İraq və Türkiyə qənaət bildirsin və orta yol tapılsın. Sülh üçün ortaq məxrəcdə görüşmək lazımdır. Heç vaxt “mən, sən” məsələsi etmədən, sevgini, məhəbbəti, dostluğu əsas götürərək ortaq məxrəcdə birləşmək əhəmiyyətlidir.
(A9 TV; 27 dekabr 2017)
Münafiq Rəsulun qoyduğu sərhədləri aşar. Əsas qarşı olduğu isə Allahın qoyduğu sərhədlərdir. Allahın sərhədlərini aşaraq sadə məntiqlə, sərbəst yaşamaq istəyər. Bu çirkin sərbəstlik anlayışıdır. Peyğəmbərimiz (s.ə.v) döyüşdə möminləri bir yerə yerləşdirər və ya möminlərə İslama xidmət üçün bəzi məsuliyyətlər verirdi. “Sən bu işi gör, sən burada keşik çək” deyirdi. Bu münafiqlərin iyrənc nəfsinə çox ağır gəlirdi. Məntiqlə Peyğəmbəri dəyərləndirib; “niyə bu işi görək?” deyir, Peyğəmbərin qoyduğu sərhədi aşırdılar. Allah Peyğəmbərin sərhədini aşanın, Allahın sərhədini aşdığını bildirmişdir. Bu rəftarın qarşılığı sonsuz cəhənnəm odudur, odun ən aşağı təbəqəsidir. Möminlər isə Peyğəmbərə həmişə hüsnü-zənlə, hər sözünün xeyir olduğunu bilərək, sevgi və hörmətlə bağlıdır. (Mücadilə surəsi, 5: Həqiqətən, Allaha və Rəsuluna qarşı (onların qoyduqları sərhədləri aşıb özləri sərhəd qoymağa cəhd edərək) çıxanlar, özlərindən əvvəlkilərin alçaldılması kimi, alçaldılıblar. Halbuki Biz açıq-aydın ayələr endirdik. Kafirlər üçün alçaldıcı əzab vardır.)
(A9 TV; 26 dekabr 2017)





