Dünyada müharibə ediləcək heç bir məsələ yoxdur. Şeytan insanı müharibəyə sövq edir. Hər yerdə döyüş və qan var. Silah zavodu açmaq dünya səviyyəsində qadağan edilsin. Zavodlar təkcə insanlar üçün faydalı şeylər istehsal etsinlər. Fələstinlilər nur kimi tərtəmizdirlər. İsraillilər tərtəmizdirlər. Amansız müharibə istəyi, insan öldürmək, dəhşət vericidir. Şeytanı dərhal məğlub etmək lazımdır. Müharibəni dərhal dayandırmaq lazımdır. Sülh Quranın, Tövratın və İncilin ruhunda var. Döyüş üçün heç bir səbəb yoxdur. Qüds məsələsində gərginlik davam edərsə, Allah qorusun bütün dünyanı yandıran od əmələ gələr. Buna görə də, tezliklə etidal, sevgi, qardaşlıq əsas olmalıdır.

(A9 TV; 26 dekabr 2017)

Küfr əhlinin axirətdəki sorğu-sualı çox uzundur. Allah hər meyvəni, hər çiçəyi, hüceyrənin içindəki hər orqanoidi bir-bir soruşacaq. Bunları necə oldu da təsadüf məhsulu kimi gördün deyə.

(A9 TV; 26 dekabr 2017)

Əsgərimizin, polisimizin hər dəqiqəsi, hər saniyəsi savabdır. Vətən üçün, millət üçün, xeyir üçün növbə tuturlar. Olduqca ağır mühitdə canlarını ortaya qoyub gecə-gündüz səy göstərirlər, nə xoşbəxt onlara. Allah onlardan qəni-qəni razı olsun.

(A9 TV; 26 dekabr 2017)

Qanun hökmündə qərarnamədə mülki vətəndaşlara müdafiə hüququ verilməsi çox yerində və doğrudur. Vətəndaşların hər hansı terror hadisəsində, işğal və ya dövlət çevrilişində qanun və hüquq çərçivəsində təhlükəsizlik əməkdaşlarına yardımçı olması lazımi, doğru və yerində tədbirdir. Qanun maddəsi çox yaxşı şərh edilsin. Xalqa qanun və hüquq çərçivəsində vətəni müdafiə hüququ verilsin.

(A9 TV; 26 dekabr 2017)

Münafiqlər müsəlmanların arasındakı şeytandırlar. Münafiq şeytanın ətə, sümüyə bürünmüş halıdır. Şeytan artıq başla dediyi zaman vəzifəsinə başlayar. Münafiqlərə Allahın müsəlmanları imtahan etməsi üçün xüsusi vəzifə verilib.

(A9 TV; 25 dekabr 2017)

Din ən aydın, ən açıq həqiqət olduğu, həyatın ən gözəl neməti olduğu halda, onu insanlara fəlakət həyatı kimi nəql edirlər. Buna görə də, İslamın adını eşidən dəhşətə gəlir. Gənclər İslamı yaşasa, ömrünün bitəcəyini düşündüyü üçün 60-70 yaşına çatanda yaşayaram deyir. Əbəs yerə İslamı qorxunc göstərdilər. Həm darvinist, materialist sistem, həm də ənənəçi ortodoks İslam anlayışı ilə gənclər iki tərəfdən sıxışdırıldılar. Bizim Quran müsəlmanlığından bəhs etməyimiz gənclərin üzərinə Günəş kimi doğdu, maşaAllah.

(A9 TV; 25 dekabr 2017)

Soyuq havalarda evsiz insanlar üçün dövlətin bütün mərkəzlərinin xidmətə verilməsi lazımdır. Temperaturun hökmən sıfırdan aşağı düşməsini gözləmədən qış boyu hər gün mehmanxanaların və digər obyektlərin evsizlər üçün açılması gözəl olar.

(A9 TV; 25 dekabr 2017)

Eqoist insan sadiq ola bilməz, mənfəətinə zidd gəldikdə çıxıb gedər. Sədaqət alicənab, eqoistliyini əzmiş insanların nəcib davranışıdır. Bu nəcib davranış insana gözəllik bəxş edər, alçaq insanlarda isə nə iradə, nə səbir, nə də sədaqət olar. Eqoist insan mənfəətinə zidd olan hallarda heyvani reaksiyalar göstərər və heç vaxt sadiq ola bilməz.

(A9 TV; 25 dekabr 2017)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)