Ayələrdə Allah və Elçisi birlikdə keçər. Qurana görə Peyğəmbərə xəyanət, Allaha xəyanətdir. Münafiqlərin əsas dərdi Allahdır. Allaha kinlidirlər. Lakin bunu açıqca söyləyə bilməzlər. Peyğəmbər vasitəsilə Allahı tənqid edərlər. Münafiq Allaha kinli olduğu üçün Peyğəmbərə və möminlərə hücum edər, lakin bunu edərkən Allahın adından istifadə edər və Allaha olan qəzəbini gizlətməyə çalışar. Açıqca Allahı tənqid etdiyini söyləsə xalq bunların alçaq olduğunu görəcəyi üçün bu çirkin üsulu tətbiq edər. Ayələrdə bu fitnəni aradan qaldırmaq üçün “Allaha və elçisinə” deyə bildirilər və Peyğəmbərə üsyan edənin Allaha üsyan etdiyi xəbər verilər. (Nisa surəsi, 14: Kim Allaha və elçisinə üsyan etsə və onun sərhədlərini aşsa, onu da içində əbədi qalacağı oda salar. Onun üçün alçaldıcı əzab vardır.)

(A9 TV; 26 dekabr 2017)

Saytda axtarış
Müəllif haqqında

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (davamı…)