Elə hüzurlu, təhlükəsiz mühit gələcək ki, İsraildə və bütün Yaxın Şərqdə fələstinlilər də, israillilər də heç bir təzyiq və qorxu olmadan yaşayacaqlar. Hal-hazırda bölgədəki dəhşəti şeytan qızışdırır. Nə müsəlman, nə xristian, nə də musəvilər rahatdır, bütün xalqlar qorxu içindədir. Bu qorxuların, dəhşətin hamısını elmlə, irfanla aradan qaldıracağıq inşaAllah.
(A9 TV; 25 dekabr 2017)
Sudanın İslam Birliyini vurğulayan açıqlaması çox gözəldir. Tayyib hocamı sevgi ilə, coşğu ilə qarşılamaları da gözəllikdir. Müsəlmanların bir-birinə sevgisi münafiqlər və zalımlar üçün çox qəzəbləndirər. Sevgi, qardaşlıq çox əhəmiyyətlidir.
(A9 TV; 25 dekabr 2017)
Ülkü ocaqları türk islam aləmi içində mənim gördüyüm ən ağıllı, ən vəfalı, ən səmimi, ən təmiz gənclərin meydana gətirdiyi mübarək ocaqdır. Həmişə xeyirlərə vəsilə oldu. Allah ülkücü gəncləri xeyirlə əhatə etsin, nuruyla əhatə etsin, cənnəti ilə şərəfləndirsin. Ülkü ocaqları türk millətinin davamiyyəti, İslam aləminin davamiyyəti üçün olduqca vacib mübarək olan ocaqdır. Allah saylarını, güclərini, qüvvələrini, elmlərini, irfanlarını artırsın, onları hər cür pislikdən qorusun.
(A9 TV; 25 dekabr 2017)
Şəhidlərimiz Allah üçün, vətən, millət üçün mübarək canlarını Allaha təslim edirlər. Necə böyük nemət, necə böyük şərəfdir. Allah bizə də bu şərəfi nəsib etsin. Allah ailələrinə gözəl səbir, uzun və xeyirli ömür nəsib etsin.
(A9 TV; 25 dekabr 2017)
İslam aləminə hüzur gətirəcək olan təkcə İslam Birliyidir. İslam Birliyindən çox yaxşı bəhs edilməsi lazımdır. “Birləşərik, elə qarşılıq verərik ki” mənasında İslam Birliyi olmaz. Birləşərik, qardaşlığı, sülhü təmin edərik mənasındadır. Sülh üçün İslam Birliyi olacaqdır. Əks təqdirdə, sevgisiz düşüncə ilə birlik olmaz, belə addım müsəlmanlara da çox böyük zərər verər. İslam Birliyi bayram görünüşündə olmalıdır, bütün dünyanın bayramı olacaqdır.
(A9 TV; 24 dekabr 2017)
Yaşlanma olmasa insanların böyük əksəriyyəti çox tərs və təkəbbürlü ola bilər. 25 yaşından etibarən gözlə görünəcək şəkildə qocalıq görünür. İnsanın gənc yaşayacağı dövr təkcə 20-30 yaş arasıdır və o da göz qırpımı qədər sürətlə keçir. Allah insanların dünyaya bağlanmasına mane olacaq möhtəşəm sistem yaradıb. Belə olması çox xeyirlidir.
(A9 TV; 24 dekabr 2017)
İslam Birliyi sevginin, dostluğun, qardaşlığın möhkəmlənməsi ilə olacaq. İslam hərbi birlik olmayacaq. Bəziləri bunu səhv başa düşür; “birləşəcəyik dünyanı əzəcəyik” mənasında bir birlik olacaq zənn edirlər. Belə deyil. Dostluq və qardaşlıq birliyi olacaq. Təkcə sülhü qarşıya məqsəd qoyan, qan tökməyə qarşı olan, birləşməkdəki məqsədin silah və təcavüz olmadığını çox yaxşı vurğulayan, birləşməkdəki məqsədin təkcə mərhəmət, sevgi və dostluq olduğunu çox yaxşı vurğulayan bir birlik olacaq.
(A9 TV; 24 dekabr 2017)
Hər şeyin təkcə funksional olduğu həyat var. İncəsənət, estetika, keyfiyyəti bir kənara qoydular. O zaman həyatda gözəllik, zövq, xoşbəxtlik qalmır. Bu mehdiyyət dövründə dəyişəcək. Hər şey incəsənət ilə, keyfiyyətli, cəlbedici olacaq.
(A9 TV; 24 dekabr 2017)
Möminlərin taleyi mükəmməldir. İstisnasız mükəmməldir. Küfr əhlinin taleyi isə pərişanlıqdır. Tək-tək xüsusi yaradılar.
(A9 TV; 24 dekabr 2017)
Təsir edici olmağın sirri: Səmimi olmaq və Allaha çox yaxın olmaqdır. Allahı unudaraq olan söhbət təhlükəli olar. İnsanın özünü böyütdüyü söhbətlər xoşagəlməz və sıxıcıdır. Qəlbini Allaha bağlamalıdır, təvazökar olmalıdır, Allahdan gələn bilgini nəql etməlidir. Özünün danışmadığını Allahın danışdırdığını bilməlidir. O zaman çox təsirli, səmimi söhbət olar.
(A9 TV; 24 dekabr 2017)





