Quranda bildirilən bir çox mövzunu elm yaxın zamanda öyrəndi. Quru ilə dənizin bitişik olarkən ayrılması bu möcüzələrdən biridir. Böyük partlayış ilə hər şeyin bir anda yoxdan yaradılması Quranda bildirilən elmi möcüzələrdən biridir.

(A9 TV; 27 yanvar 2018)

Xoşbəxtliyi qısqanmaq şeytanın hz. Adəmi qısqanması ilə başlayır. Yaxşı insanlar bilməlidir ki, mütləq onlarla mübarizə aparan olacaq. Allah bu dünyanı elə-belə yaşamaq üçün yaratmır. Mömin hər an diqqəti açıq, ayıq-sayıq olacaq şəkildə yaşamaqla məsuldur.

(A9 TV; 27 yanvar 2018)

Münafiq böyük olduğunu hiss etdirmək istəyər, süni hörmət arxasınca gedər. Buna görə də, dini yaşayırmış təəssüratı verməyə çalışar, təqvalı müsəlman təqlidi edər. Bunu edərkən də özünü haşa Peyğəmbərdən, Allahdan daha böyük görər. Münafiqin qəribə cəhəti, açıq-aydın küfr əhlinin yanına getmək, küfr əhli ilə yaşamaq varkən bütün vaxtını müsəlmanlarla mübarizə aparmağa ayırmasıdır. Peyğəmbərə və Peyğəmbərin yanındakı sadiq səhabələrə düşmən olar, onlarla mübarizə aparar. Gecə-gündüz müsəlmanlar əleyhinə fəaliyyət göstərər, hətta ölümü gözə alar. Lakin münafiq müsəlmanlarla mübarizə apararkən daxilən də həmişə zəifləyər. Şeytan onu ələ keçirdiyi üçün çox hüzursuzdur, dəli dana kimidir, nə edəcəyini, kimə necə sataşacağını bilməz. Buna görə də, münafiqlərin yanına küfr əhli də yaxınlaşmaz.

(A9 TV; 27 yanvar 2018)

İman vicdan təzahürüdür. İman gətirən insan onsuz da uşaqlığından etibarən mərhəmətlidir, kömək sevərdir, haqqın, ədalətin tərəfdarıdır. İman əhli insanların ruh halı uşaq vaxtından etibarən pozitivdir. İmani dəlillər artdıqca imandakı coşğu artar, imanda parlama və işıqlanma olar.

(A9 TV; 27 yanvar 2018)

Biz taleyə tabeyik, bir filmin içindəyik. Bu film dəyişməz. Bu filmin dəyişməzliyini anlamağa Allaha təslimiyyət deyilər. Hər sual taledəki sualdır, hər cavab taledəki cavabdır. Filmi yüz dəfə başa alıb yenidən izləsən yenə eyni şey yaşanar, tale dəyişməz.

(A9 TV; 27 yanvar 2018)

Sağ təbəqədəki bəzi qardaşlarımız içlərinə qapalı yaşadıqları üçün bizim uzlaşdıran rəftarımızın nə qədər əhəmiyyətli olduğunu dərk edə bilmirlər. Əvvəllər Atatürkçü dünyəvi təbəqə ilə mühafizəkar təbəqə arasında çox böyük məsafə vardı. Atatürkün səmimi dindar olduğundan, dünyəviliyin Quranda olduğundan dəlilləri ilə bəhs etdik. Dindarlığın həyat dolu yaşayış olduğunu göstərdik. Bu iki təbəqə arasındakı məsafənin qapanmasını təmin etdik. Bir çox ölkədə hərbi çevrilişlər, cəmiyyətin bu iki təbəqəsi arasında məsafədən istifadə edilərək təşkil olunur. Belə fitnənin də qarşısının alınmasına vəsilə olduq.

(A9 TV; 27 yanvar 2018)

Tayyib hocamla şəxsən heç tanış olmadım, lakin Allah yolunda səmimiyyətlə səy göstərdiyini görürəm. Bütün müsəlmanlara sahib çıxır, dəliqanlıdır, İngiltərə dərin dövlətinin təzyiqindən zərrə qədər də qorxmur. Bələdiyyə sədri olduğu dövrdən bəri səmimiyyətini gördük, bilirik. Sonuna qədər həmişə yanında olacağıq inşaAllah.

(A9 TV; 27 yanvar 2018)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)