İman zəifliyi insanlarda böyük sıxılmaya səbəb olur. Ən kiçik hadisədə dözümsüzlük göstərib bir-birilərinə qəzəblənmələrinin əsasında da bu sıxılma var. Bu güclü sıxılma ilə tez partlamaq və tezliklə gərginliyi üzərindən atmaq istəyirlər. İman zəifliyi olmadığı zaman belə problemlər olmaz.
(A9 TV; 29 yanvar 2018)
Allahı əsas götürən insanın hər danışığı faydalı və xeyirlidir. Boş danışmaqdan qaçar. Müsəlman Allahın zamanı necə keçirdiyini soruşacağını bildiyi üçün zamanı ən yaxşı şəkildə dəyərləndirər. Zamanı israf etməz.
(A9 TV; 28 yanvar 2018)
İnsan həssas varlıqdır. Sevgiyə görə yaradılmışdır. Evində, ailəsində, küçədə, məktəbdə, əyləncədə sevgini tapa bilmədikdə, insanlar böyük stressə düşür. 3-5 il sonra, əsrlərdir insanlardan getmiş olan sevgi geri qayıdacaq. Bunu hamımız birlikdə görəcəyik inşaAllah.
(A9 TV; 28 yanvar 2018)
Səmimi olan insan dünyanın ən keyfiyyətli insanıdır. Səmimi insanın Allah ilə səmimi əlaqəsi vardır. Allaha tam təslim olmuşdur. Hər hərəkəti, hər sözü, hər rəftarı çox keyfiyyətlidir. Bəziləri keyfiyyətli olduğunu iddia edir, millətə yuxarıdan-aşağı baxır. Elə keyfiyyət olmaz. Keyfiyyət, ruhdaki sevgi anlayışının ən yüksək halıdır.
(A9 TV; 28 yanvar 2018)
Gözəl əxlaq insanlara xoşbəxtlik verən sistemdir. Bir mühitdə tək bir insan təkəbbürlü olsa insanlar narahat olurlar. Gözəl əxlaqlı insan isə hər yerdə xoşbəxtlik vəsiləsidir. Cənnəti də gözəl edən gözəl əxlaqdır. İnsanların gözəl davranması, bir-birini incitməməsi, qəzəbləndirməməsi, hər kəsin sabit olması, nalayiq danışan heç kəsin olmaması, iki üzlü birinin olmaması, hər kəsin coşğulu sevgini yaşaması cənnəti gözəl edir. Cənnətin çayı, daşı, torpağı deyil. Allah Özü gözəl əxlaqlıdır. Müsəlman Allahın əxlaqına sahib olmaq istəyər, Allah hər halda insanları bağışlayar, insan bəzən bağışlaya bilmir. Allah hər bəndəsini xilas etmək istəyir, insanlar bəzi insanlara yaxın ola bilir. Allah insanlara sui-zənnlə baxılmasını istəməz, həmişə hüsnü-zənnlə dəyərləndirər. İnsanlarda isə hüsnü-zənn əksikdir. Müsəlman Allahın əxlaqına qibtə edər. Müsəlman da Allah kimi gözəl əxlaqlı olduğu zaman həm özü rahatlıq tapır, həm də ətrafındakı insanlar rahatlıq tapır. Bu əxlaq cənnətin əsas xüsusiyyətidir. Həmçinin bütün bu gözəl əxlaqın əsas məqsədi sevgidir. Allahı sevmək və Allahın yaratdıqlarını sevmək üçündür.
(A9 TV; 28 yanvar 2018)
Münafiqlərin dünyada dostları yoxdur, axirətdə də sonsuza qədər tək-tənha olacaqlar.
(A9 TV; 28 yanvar 2018)
İslam Birliyi olduğu zaman gözəllik gözəllik üstünə olacaq. Hər yer bağlıq, bağçalıq olacaq. Hər gün xalqın xoşbəxtliyi, sevinci, hüzuru xəbər olacaq. Gənclər istədikləri kimi əylənəcəklər, güvən içində əylənəcəkləri yerlər olacaq. Memarlıq möhtəşəm olacaq. Dünyanın son dəfə cənnət kimi olduğunu görəcəyik inşaAllah.
(A9 TV; 28 yanvar 2018)
Münafiqlər özlərini İslamın tərəfdarı kimi göstərməyə çalışdıqları üçün həmişə and içərək danışarlar. Münafiq özünün dürüst olduğu təəssüratını verməyə çalışar. Ağlı zəif olanlar bəzən buna aldana bilərlər. Halbuki münafiqlərin başı bomboşdur. Allah onları boş kötüyə bənzətmişdir.
(A9 TV; 28 yanvar 2018)
Bu dövrdə ən mühüm şeylərdən biri Tayyib hocama millət olaraq sahib çıxmaqdır. Bəzilərinin Tayyib hocamı hədəf almalarının səbəbi onu devirsələr milləti təslim alacaqlarını düşünmələridir. Buna görə də, Tayyib hocamın ətrafında möhkəm birləşək. 2019-cu ildə Allahın icazəsi ilə Tayyib hocamı ən az 70% səslə yenidən Respublikanın rəhbəri edəcəyik.
(A9 TV; 28 yanvar 2018)
Sevgi və güvən İslam Birliyi üçün zəruri komponentlərdir. İslam Birliyi hər yerdə tərtəmiz ədalət, köməkləşmə, bir-birini qoruma, dostluq, yoldaşlıq, mərhəmət, keyfiyyət və gözəlliyin hakim olması deməkdir.
(A9 TV; 27 yanvar 2018)





