Allah hər dəfə zikr edildikdə qəlb fərəhlənər. Allahu-Əkbər deyərsən, sonsuz böyük gücün himayəsi altında olduğunu görüb beynin hüzurlu olar, gündəlik bütün dərdlərindən xilas olarsan. Allahı böyük adı ilə zikr etdiyin zaman dərdlər üzərindən gedər, Allahın böyük olduğunu unutduğun zaman dərdlər üzərinə yüklənər. SübhənAllah deyərsən, Allahın bütün qüsur və nöqsanlardan uzaq olduğunu düşünərsən. Bəziləri Allaha sığınır, lakin haşa Allahın gücünün əksik olduğunu zənn edir. Allah yorulmaz, yatmaz, bezməz. Allahın əksikliyinin olmadığını bilmək, xatırlamaq böyük rahatlıqdır. Əlhamdülillah deyərsən, Allaha həmd etdiyin zaman fərəhlənərsən və nemət artar. Əstəğfürullah dediyin zaman Allahın mərhəmətinə sığınarsan, nə böyük gözəllikdir.

(A9 TV; 26 yanvar 2018)

Müsəlman özünü hər gün tənqid edir. Vaxtını boşuna sərf etməmək, Allahın rizasının ən çoxunu və doğrusunu tapmaq, israf etməmək, ən məqsədəuyğun söhbətlər etmək müsəlmanın hər zaman düşünməli mövzulardır.

(A9 TV; 26 yanvar 2018)

Darvinist təhsil millətin imanına bilavasitə yönələn vəziyyətdir. Darvinizmdə Allah inancı yoxdur. Əxlaq yoxdur, ailə yoxdur. Belə şeyə qapı açmaq çox böyük günahdır. Darvinist təhsil Allahı inkaretmə təhsili deməkdir. Müsbət təhsil adı altında təsadüflərlə kainatı izah etməyə çalışmaq ağıl və məntiq cəhətdən də olmaz, əxlaq, vicdan, iman cəhətdən də olmaz. Darvinist təhsil aradan qaldırılsa dünya miqyasında dəccaliyyətə ən böyük elmi zərbə endirilmiş olar.

(A9 TV; 26 yanvar 2018)

Darvinist təhsil aradan qaldırılsa PKK problemi həmin anda bitər. Silahlı münaqişə ilə 40 ildir ki, mübarizə aparılır. Elmi mübarizə aparılmış olsa 6 ayda məsələ bitər. Kommunizmin təməli Allah inancının olmamasıdır. Kürd gəncləri isə dindardır. Gəncləri kommunist terrora sürükləyən əsas səbəbi aradan qaldırmaq əhəmiyyətlidir. Müsbət təhsil deyilən darvinist təhsil olduğu zaman gənclərdə din, iman çox zəifləyir. PKK da o zaman gəncləri terror üçün çox asan razı salır. “Baxın elmə görə sən heyvandın, ibtidai kommunal cəmiyyət vardı, hər kəs bərabərdi, hər şey ortaq idi, təbiətin qanunu bu idi. İnanmırsansa bax; dövlətin məktəblərində belə elm olaraq bundan bəhs edilir” deyir. Öldürməyi də elm kimi göstərir; “yolda həşərata basıb öldürmürsənmi, bakteriyaya yod vurmursanmı, insan da bir növ heyvandır, öldürmək təbiətin tələbidir” deyə təhsil verir. Gəncləri dolaşığa salmış, sən təkcə bu dolaşmanı açmalısan, bunun üçün də əks təhsil verməlisən. Əks təhsil verməyib tam əksinə kommunist terrorun mənbələrinə çatmasını təmin edən təhsil versən, gəncləri darvinist yetişdirsən o zaman PKK-ya Allah qorusun zəmin hazırlamış olarsan.

(A9 TV; 26 yanvar 2018)

Atatürk əleyhinə proqram yayımlanmasını istəmirik. Biz 83 milyonuq. Atatürkü canımız kimi sevirik. Atatürkün əleyhinə söz eşitmək istəmirik. Qanunla, hüquqla buna icazə verməyəcəyik.

(A9 TV; 25 yanvar 2018)

Bir çox mövzunu səhv bilirlər. Allah qövmü bütövlüklə lənətləməz. Bir uşaq dünyaya gəlsə musəvidir deyə lənətli olduğunu iddia etsən Qurana tabe olmazsan. Ateist ana atanın övladı da günahsız hökmündədir. Uşaq günahsızdır. Allah Quranda dinsiz, imansız, zalım musəviləri, zalım müşrikləri, zalım münafiqləri lənətləyir. Allahın müşrikləri lənətləndiyindən heç bəhs etmirlər. Allah Quranın bir çox ayəsində iman gətirən musəvilərdən bəhs edir. Kitab əhlinin hamısı eyni deyildir deyir. Qövmü bütövlüklə lənətli elan etmək İslama uyğun deyil. Bu, bütpərəst dövrdən gələn batil inancdır. Həqiqi müsəlman zalım ilə məzlumu ayırd edər, məzlumu qoruyar.

(A9 TV; 25 yanvar 2018)

Quranda ittifaq yolundan başqa dostlar arasındakı problemlərin həll edilməsi elə də mümkün olmaz. Hər insanın özünə görə fərqli anlayışları var. Lakin Quranda ittifaq edilsə yol düz və doğru olar, münaqişələr aradan qalxar. Hüzurlu dostluq üçün Quranda ittifaq edilməsi əsas şərtdir. O zaman yol heç vaxt dolaşmaz.

(A9 TV; 25 yanvar 2018)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)